əsası qoyulmuşdu. Ölkədə Çin
dili ilə yanaşı, rəsmi dövlət dili
olan mancur dilində də elmi
və bədii əsərlər yazılırdı.
Qərbi Avropanın humanist
yazıçıları feodal qaydalarını
və kilsənin elmə qarşı apardığı mübarizəni pisləyir, daha
ədalətli quruluş arzulayırdılar. İngilis humanisti, filosof
və dövlət xadimi Tomas Mor
özünün "Utopiya" kitabında
ictimai quruluşun ideal sistemi
haqqında öz təsəvvürlərini əks
etdirmişdir.
Uilyam Şekspir
Digər dahi ingilis dramaturqu
və şairi Uilyam Şekspirin
"Hamlet", "Otello" "Romeo və
Cülyetta", "Maqbet", "Kral Lir"
kimi əsərləri dünya ədəbiyyatının nadir inciləri hesab edilir.
Bu dövrdə Fransada, İspaniyada və digər Avropa ölkələrində yaşayıb-yaradan şair
və yazıçıların ədəbi əsərləri
mədəniyyət nümunələrinin
zənginləşməsinə xidmət edirdi.
Məşhur ispan yazıçısı Migel
de Servantesin "Don Kixot"
əsəri bütün dünyada tanınır.
İngiltərə ədəbiyyatının inkişafında Daniel Defo və Conatan
Sviftin də özünəməxsus rolu
olmuşdur.
|
"Don Kixot" əsərinə çəkilmiş şəkil
XVI—XVIII yüzilliklərdə Şərq
ədəbiyyatında daha çox hökmdar hakimiyyəti tərənnüm olunur, sevgi, qəhrəmanlıq, təbiət
mövzularına müraciət edilirdi.
Şərqdən fərqli olaraq, Maarifçilik dövrünün Qərb ədəbiyyatı
daha çox hakimiyyəti, mövcud
idarəçiliyi, dövlət quruluşunu
tənqid edir, insanları demokratik yaşam dəyərlərinə yönəldirdi. Bu baxımdan Avropa ədəbiyyatında
maarifçilərin əsərləri
xüsusi yer tutur. XVII—XVIII
yüzilliklərin məşhur yazıçıları
Molyer komediyalarında, Şiller
isə faciə əsərlərində yaşadıqları
dövrü tənqid edirdilər. Alman
şairi Hötenin "Faust" poeması
dünya ədəbiyyatının ən gözəl
nümunələrindən biri hesab
edilir.
İohan Volfqanq Höte
"Peterburqdan Moskvaya
səyahət" əsərinin müəllifi olan
A.Radişşev Rusiyadakı təhkimçilik qaydalarını çox cəsarətlə
tənqid edirdi.
|
Memarlıq və
incəsənət
Osmanlı dövlətinin ən məşhur memarlarından biri Sinan
Xocanın inşa etdiyi Şahzadə
camisi, Süleymaniyyə cəmisi və Səlimiyyə camisi kimi
memarlıq abidələri bu gün də
görənləri valeh edir. Səlimiyyə
məscidi və kompleksi 2011-ci
ildə UNESCO-nun Ümumdünya irsi siyahısına salınmışdır.
Səlimiyyə məscidinin daxili görünüşü
XVII—XVIII yüzilliklərdə ənənəvi
Osmanlı memarlığı Avropaya
xas olan rokoko* və barokko*
memarlıq üslubu ilə əvəz olunmuşdu. Bu dövrdə Osmanlı memarlığının şah əsəri olan Sultan
Əhməd məscidi inşa edilmişdir.
* Rokoko
XVI-XVIII yüzilliklərdə Avropada məşhur olan bəzəkli memarlıq üslubu
* Barokko
XVII-XVIII yüzilliklərdə Avropada məşhur olan təmtəraqlı memarlıq üslubu
|