Niderland alimi A.Levenhukun
ixtira etdiyi və baxılan cismi
150-300 dəfə böyüdən linza
bakteriyaları öyrənməyə imkan
verdi. İngilis alimi E.Cenner
çiçək xəstəliyinə qarşı türklərdən
öyrəndiyi peyvəndi öz ölkəsində
tətbiq etməyə başladı. Fransa
alimi Rene Dekart analitik həndəsənin əsasını qoydu.
Rene Dekart
Baş verən siyasi və iqtisadi
dəyişikliklər başqa ölkələrdə
olduğu kimi, Rusiyada da mədəniyyətin inkişafına öz təsirini
göstərirdi. Yenidən qurulan
təhsil sistemində dəqiq elmlərin
tədrisinə önəm verilirdi. XVIII
yüzilliyin əvvəllərində Moskvada naviqasiya, artilleriya,
mühəndislik və tibb məktəbləri
açıldı, Peterburq Dəniz Akademiyası yaradıldı.
* Naviqasiya
dənizçilik, gəmiçilik
Rus coğrafiyaçıları Kuril adalarını,
Alyaska yarımadasını kəşf etdilər.
Rus elminin və mədəniyyətinin
ən böyük nailiyyəti 1725-ci ildə
Peterburq Elmlər Akademiyasının fəaliyyətə başlaması oldu.
|
XVIII yüzillikdə Rusiya elminin
inkişafında M.Y.Lomonosovun
müstəsna xidməti olmuşdur. O,
üzvi və fiziki kimyanın yaradıcısı, ilk kimya laboratoriyasının
təşkilatçısı idi. 1755-ci ildə
açılmış Moskva Universitetinin
əsasını da o qoymuşdu.
Dövrün məşhur yazıçı və tarixçiləri D.Fonvizin və N.Karamzin idilər.
XVII yüzilliyin əvvəllərində
Şimali Amerikada Harvard Universitetinin əsası qoyuldu. XVIII
yüzillikdə yaşamış B.Franklin
təkcə məşhur siyasi xadim kimi
deyil, həmçinin elektrik sahəsinə aid bir çox tədqiqatların
müəllifi kimi də tanınırdı.
Mixail Lomonosov
|
|
Qərbi Avropada elmin
inkişafının səbəblərini
müəyyənləşdirin.
|
Benjamin Franklin
Ədəbiyyat
Bu dövr türk ədəbiyyatının tanınmış simalarından
Nəbi, Nedim və Fıtnat xanımı
göstərmək olar.
Çoxdilli hind poeziyasında
sadə xalqın arzu və ümidləri,
feodallara qarşı mübarizəsi
təsvir olunurdu. XVII—XVIII
yüzilliklərdə Çində ensiklopediya və lüğətlər tərtib edilmiş, ədəbiyyat külliyyatı nəşr
olunmuş, Çin klassik romanının
inkişafında yeni mərhələnin
|