Təbriz şəhəri haqqında dəyərli
məlumatlar öyrənmək mümkündür.
XVIII yüzilliyin əwəllərində
Osmanlı dövlətində Avropa təcrübəsini öyrənməyə
başladılar. Bunun nəticəsində
ölkədə 1727-ci ildə ilk mətbəə
yaradıldı. 1773-cü ildə indiki
İstanbul Texniki Universiteti
fəaliyyətə başladı. Bu ali təhsil
müəssisəsində gəmi inşaatı və
dəniz xəritələri üzrə mütəxəssis
hazırlanması nəzərdə tutulmuşdu.
|
Sizcə, nə üçün tərəqqiyə
meyil göstərən hökmdarlar dənizçilik və gəmiqayırma ilə bağlı təhsil ocaqlarını
açmağa çalışırdılar?
|
XVII—XVIII yüzilliklərdə Osmanlı
imperiyasının Avropa dövlətləri
ilə müqayisədə iqtisadi cəhətdən
geriləməsi təhsil və elm sahələrinə də mənfi təsir göstərdi.
Böyük Moğol hökmdarı Əkbər
şahın dövründə Hindistan
mədəniyyəti daha sürətlə
inkişaf etdi. Ona görə də bu
dövrü "Əkbər əsri" adlandırırlar.
XVII—XVIII yüzilliklərdə Hindistanda bir çox yeni mədrəsələr
açıldı. Burada ilahiyyatla yanaşı,
dünyəvi elmlər də öyrədilirdi.
|
Ən məşhur mədrəsələr Dehli
və Aqrada yerləşirdi.
İngiltərə və Fransa ilə əlaqələrin
yaradılması Hindistan mədəniyyətinə müsbət təsir göstərməklə yanaşı, avropalılara da
bu zəngin mədəniyyətlə tanış
olmağa şərait yaratdı. 1784-cü
ildə yaradılan "Benqal-Asiya
cəmiyyəti" bu işdə böyük rol
oynadı. Sonralar bu cəmiyyəti
Kral cəmiyyəti adlandırdılar.
|
Sosial-iqtisadi vəziyyətin mədəniyyətə təsirini
dövrə aid nümunələrlə
əsaslandırın.
|
XVI—XVIII yüzilliklərdə Şərq
ölkələri ilə müqayisədə avropalılar daha böyük mədəni
nailiyyətlərə imza atdılar.
Böyük coğrafi kəşflərdən sonra
daha da inkişaf edən coğrafiya elmi astronomiyanın da
inkişafına şərait yaradırdı. Orta
əsrlərdə kainatın quruluşuna
dair baxışlar səhvən Ptolomey
təliminə əsaslanırdı. Bu təlimə
görə, Yer hərəkət etmir və
dünyanın mərkəzində dayanır.
Polyak alimi Kopernik Yerin
həm öz oxu, həm də Günəş
ətrafında fırlandığını bildirmişdi,
İtaliyalı alim Bruno isə kainatın
sonsuz olduğunu göstərirdi.
|
Göyə teleskopla baxan ilk alim
venesiyalı Qaliley olmuşdur.
Onun kəşfləri Kopernik və Brunonun təlimini təsdiq etdi.
Nikolay Kopernik
Manufakturaların çoxalması
və ticarətin inkişafı Avropada
ixtiraların sayının artmasına
səbəb oldu. Ümumdünya cazibə qanununu kəşf edən ingilis
alimi Isaak Nyuton alman alimi
Q.Leybnitslə birlikdə ali riyaziyyatın əsasını qoydu.
Cordano Bruno
Isaak Nyuton
|