Əvvəllər olduğu kimi, XVI—XVIII
yüzilliklərdə də mədəniyyət
sahəsində əldə edilən nailiyyətlər dövlətlərin siyasi-iqtisadi
inkişafı ilə bilavasitə əlaqəli idi.
Bu dövrdə yeni sosial-iqtisadi münasibətlərin meydana
çıxması mədəniyyətə də təsir
göstərdi. Kapitalist istehsal
üsulunun tətbiqi daha çox
Qərb ölkələrində elmi-texniki
tərəqqiyə təkan verdi.
|
Siyasi hadisələrin mədəniyyətin inkişafına təsirini
izah edin.
|
Osmanlı sultanı I Süleyman
Qanuninin hakimiyyəti dövründə təhsil ocaqlarının sayı
durmadan artırdı. Türk dövlət-
|
lərində təhsil müəssisələrinin
çoxalması elmin inkişafına şərait yaradırdı. Burada əsas təhsil
müəssisələri hələ də mədrəsələr idi. Mədrəsələrdə dini
elmlərlə yanaşı, dünyəvi elmlər
də tədris olunurdu. Beləliklə,
mədrəsələr həm din xadimləri
hazırlayır, həm də müxtəlif elm
sahələri üzrə alimlərin yetişməsinə imkan yaradırdı.
Məşhur türk admiralı Piri Rəisin
fəaliyyəti coğrafi biliklərin
inkişafından xəbər verirdi. O,
1513-cü ildə dünyanın böyük
xəritəsini çəkərək Sultan Səlimə
təqdim edir. O, sonradan bu
sahədə fəaliyyətini davam
etdirərək "Bəhriyyə" adlı dəniz
atlasını yaradır və Sultan Sü-
|
leymana təqdim edir. Piri Rəis
dünya xəritəsinə Amerika qitəsini də daxil etmişdi. Bu, türk
səyyah və coğrafiyaşünaslarının
Amerika qitəsinin varlığından
xəbərdar olduqlarını sübut edir.
Katib Çələbi tarix, hüquq, coğrafiya və maliyyə məsələlərinə
aid bir çox dəyərli əsərlərin
müəllifidir. Evliya Çələbinin
oncildlik "Səyahətnamə" əsəri
təkcə Osmanlı deyil, həm də
dünya tarixini və mədəniyyətini öyrənmək üçün əhəmiyyətli
mənbələrdən biridir. Bu əsərdə
müəllif Azərbaycan haqqında da qiymətli məlumatlar
vermişdir. Evliya Çələbinin
"Səyahətnamə" əsərindən
Azərbaycan şəhərləri, xüsusilə
|