İngilis işğalı
Belə şəraitdə avropalılar Hindistana hərbi ekspansiyanı (bir
dövlətin, xalqın, yaxud mədəniyyətin öz nüfuz dairəsini və
yayılma arealını genişləndirməsi) gücləndirməyə başladılar.
Hindistana gələn ilk avropalılar
portuqallar olsa da, sonradan
bu ölkəyə hollandlar, xüsusən
də fransız və ingilislər maraq
göstərməyə başladılar. İngiltərə
Hindistanın işğalını Ost-Hind
şirkətinin əli ilə həyata keçirirdi.
Hind knyazlıqlarından güzəştlər
qoparan Ost-Hind şirkəti Hindistanda pul zərb etmək, silahlı
dəstələr (sipahilər) saxlamaq
|
hüququ aldı. Bu da öz növbəsində gələcəkdə Hindistanın
işğal edilməsində ingilislərin işini
yüngülləşdirdi.
Tezliklə Hindistanda nüfuz
dairəsi uğrunda ingilis-fransız
müharibəsi (1756-1763) başladı.
Müharibədə qalib gələn ingilislər hind torpaqlarının işğalına
başladılar.
|
Ost-Hind şirkətinin Hind distanda pul zərb etmək,
silahlı dəstələr saxlamaq
hüququ alması gələcəkdə
Hindistanın işğal edilməsində ingilislərin işini necə
yüngülləşdirə bilərdi?
|
|
Ost-Hind şirkətinin gerbi
|
Əkbər şahın fəaliyyətinə
dair referat hazırlayın.
|
|
XVI-XVIII yüzilliklərdə
Hindistana edilən hücumların cədvəlini qurun.
|
|