XVIII yüzilliyin 30-cu illərində
Hindistan ərazisində Maratxla
yanaşı, bir sıra müstəqil dövlətlər var idi. Bu dövlətlərin bir-biri
ilə mübarizə aparması xarici
müdaxiləni asanlaşdırırdı.
1739-cu ildə Nadir şah Moğol ordusunu məğlub edib
Dehlini tutdu. Moğol dövləti
Nadir şahdan asılılığı qəbul etdi.
1747-ci ildə Nadir şah öldürüldükdən sonra onun yaratdığı
böyük imperiya dağıldı. Bu isə
Əhməd şah Dürraninin başçılığı
altında müstəqil Əfqan dövlətinin yaranmasına səbəb oldu.
Tezliklə əfqanlar Şimali Hindistanı - Böyük Moğol dövlətinin
torpaqlarını tutmağa başladılar.
Bu zaman Maratx dövləti Moğolların müdafiəsinə qalxdı.
|
Uzun sürən Əfqan-Maratx müharibəsi 1761-ci ildə Panipat döyüşü ilə bitdi. Maratxlar döyüşdə
məğlubiyyətə uğradı. Bu, Böyük
Moğol dövlətinin dağılmasına
səbəb oldu. Qələbəyə baxmayaraq, əfqanlar Hindistanda
möhkəmlənə bilmədilər.
|
|
Sizcə, Maratxların Böyük
Moğol dövlətini müdafiə
etməsinin səbəbləri nə
ola bilərdi?
|
|
Mənbə əsasında vergilərin
artırılmasının səbəblərini
araşdırın.
|
|