Əksinə, Babur şahın dövründə
ölkədə cizyə də ləğv olundu.
Artıq hinduslar hakimiyyətin ən
yuxarı vəzifələrinə qədər xidmətə buraxılırdılar.
|
Böyük Moğol şahlarının
islam dinini zorla yaymasının dövlətə hansı xeyri
ola bilərdi?
|
|
Böyük Moğol dövlətində və
Azərbaycanda eyni dövrdə
mövcud olmuş torpaq
mülkiyyəti formalarının
müqayisəli cədvəlini qurun.
|
Dövlətin
"qızıl əsri”
Dövlətin "qızıl əsri" Əkbər şahın
(1556-1605) hakimiyyəti dövrünə təsadüf edir. O, hakimiyyəti dövründə hindusların dini
etiqadlarına, adət və ənənələrinə hörmətlə yanaşırdı. Dövləti
daxilən möhkəmləndirməklə
məşğul olan Əkbər şah bütün ölkə üçün vahid qanunlar
müəyyənləşdirdi, vahid çəki və
ölçü sistemi yaratdı, vergi sistemini nizama saldı.
|
Əhalidən yığdıqları məhsulun
1/3-i qədər vergi alınırdı. Ölkənin mərkəzi əyalətlərində kəndlilər vergini pulla verməli
idilər.
Bu da ölkədə bazar münasibətlərinin inkişafını sürətləndirirdi.
İmperator vergi yığılmasını
özünün ən etibarlı feodallarına-cagirdarlara tapşırmışdı. Hər
cagirdar yığdığı vergi hesabına muzdlu qoşun və döyüş
filləri dəstəsi saxlamalı idi. Fəal
işğalçılıq siyasəti yürüdən Əkbər
şah Qucaratı, Benqaliyanı,
Kəşmiri tutdu və tezliklə Şimali
|
|
Sizcə, Əkbər şahın hin-
dusların dini etiqadına
hörmət əlaməti olaraq
bəzi addımlar atması
hansı səbəbdən irəli gələ
bilərdi? Fikrinizi əsaslandırın.
|
|
"Dövlətin qızıl əsri" ifa-
dəsini necə başa düşürsünüz?
|
Şah və imam hakimiyyəti vahidliyi
Özünün dini axtarışlarına
uyğun olaraq Əkbər şah
dini müzakirələr məqsədilə 1575-ci ildə paytaxtda
ibadətxanə yaratdı. ...Müzakirələrdə iştirak edən
şah öz simasında dini və
dünyəvi hakimiyyətin - şah
və imam hakimiyyətinin vahidliyinə can atdı.
Sarayın bir çox müsəlman üləmaları (alimləri)
tərəfindən könüllü və ya
təzyiq altında imzalanan
bəyannaməyə görə ali
dünyəvi hakim olan Əkbər
müctəhid - dini işlərdə ali
şəxs kimi tanındı.
|