Misirlilərin riyazi bilikləri
şumerlərdən zəif olsa da, həndəsə sahəsində yüksək inkişaf etmişdilər. Onlar sahə və həcm ölçüsünü müəyyən edə bilirdilər. Qədim Misirdə tibb sahəsində də müəyyən biliklər qazanılmışdı. Dünyada ilk dəfə burada sadə cərrahi əməliyyatlar həyata keçirilmişdir. Misirlilərin yaratdığı təqvim dünya mədəniyyəti tarixində |
Mesopotamiya
Cənub-Qərbi Asiyada İran körfəzi ilə Aralıq dənizi arasındakı landşaftda səhra iqlimi hökm sürür. Lakin bu bölgədə ən qədim əkinçiliyin yarandığı bir torpaq qövsü var. Bölgənin əyri forması və ərazisinin münbitliyinə görə onu Bərəkətli Aypara adlandırırlar. Buraya Aralıq dənizinin |
şərq sahilləri və qədim yunan tarixçiləri tərəfindən Mesopotamiya adlanan düzənlik daxildir. Dəclə və Fərat çayları arasını əhatə edən Mesopotamiya yunan dilində "ikiçayarası" deməkdir. Mesopotamiyanın cənubunda məskunlaşan şumerlər əkinçiliklə də məşğul olmağa başladılar. |