Durğunluq
dövrü
XVI yüzilliyin 70-ci illərinin
sonlarından Osmanlı dövlətində başlayan durğunluq
dövrü XVII yüzilliyin sonuna qədər davam etmişdir.
Köprülü Mehmet paşa
Sədrəzəm Köprülü Mehmet
paşanın orduda qayda-qanun yaratmaq və din alimləri
arasındakı çəkişmələrə son
qoymaq üçün gördüyü sərt
tədbirlər də dövləti durğunluqdan çıxara bilmədi. Durğunluq dönəmində fasilələrlə
40 il davam etmiş Osmanlı-
|
Səfəvi müharibələri hər iki
dövlətin iqtisadi gücünü
sarsıdırdı. Avropa dövlətləri
isə Böyük coğrafi kəşflər və
müstəmləkə işğalları nəticəsində get-gedə güclənirdi.
1684-cü ildə Roma papasının təşəbbüsü ilə Avropanın
katolik ölkələri Osmanlıya
qarşı "Müqəddəs Birlik" adlı
|
ittifaq yaratdı. İki ildən sonra
bu birliyə Rusiya da qoşuldu.
"Müqəddəs Birlik" ilə aparılan
müharibələr nəticəsində ağır
məğlubiyyətə uğrayan Osmanlı 1699-cu ildə imzalanmış
sülh müqaviləsinə əsasən
Mərkəzi Avropadakı ərazilərinin xeyli hissəsini qalib dövlətlərə güzəştə getməli
oldu.
|
|