Bundan sonra Misir Məmlük sultanlığı üzərinə yürüş edən I Səlim bu dövlətə son qoyaraq özünü "İslam dünyasının xəlifəsi" elan etdi. Məhəmməd peyğəmbərdən qalan müqəddəs əmanətlər İstanbula gətirildi. |
Möhtəşəm
yüz il
Sultan Süleymanın (1520-1566) hakimiyyətə gəlməsi ilə Osmanlılar yenidən Avropa istiqamətində fəthlərə başladılar. |
Belqradı tutan Osmanlı ordusu 1526-cı İldə Moxaç döyüşündə birləşmiş macar-çex qoşunlarını darmadağın etdi. 1529-cu ilin payızında Sultan Süleyman Vyananı mühasirəyə aldı. Şəhəri güclü həmlə ilə dərhal ələ keçirmək mümkün olmadı. |