II Yekaterina
Saray çevrilişi nəticəsində
hakimiyyətə gələn II Yekaterinanın
dövründə (1762-1796)
Rusiyada mütləqiyyət quruluşu
gücləndi. Ölkədə quberniya
islahatı keçirildi. Zadəganlar
haqqında verilən fərmana görə
onlar kəndlilər, torpaqlar, yeraltı
sərvətlər üzərində tam sahiblik
hüququ aldı, dövlətə məcburi
xidmətdən, vergilərdən və cismani
cəzalardan azad edildilər.
Bu qanun Rusiyada zadəganların
imtiyazlı təbəqəyə çevrilməsini
rəsmiləşdirdi.
XVIII yüzilliyin II yarısında
Rusiyanın xarici siyasətində
başlıca yeri Qara dəniz sahillərini
zəbt etmək vəzifəsi
tuturdu. Bu məqsədi reallaşdırmaq
üçün Rusiya iki dəfə
(1768-1774,1787-1791-ci illər)
Osmanlı dövləti ilə müharibə
etdi. Nəticədə Krım xanlığı
Rusiyaya ilhaq olundu. Rusiya
|
II Yekaterina
Qara dənizin şimal hissəsində
xeyli ərazilər zəbt etdi. Eyni
zamanda, Rusiya zəifləmiş Reç
Pospolita dövlətinin Rusiya,
Avstriya və Prussiya arasında
bölüşdürülməsinin təşəbbüsçüsü
oldu. Nəticədə Reç
Pospolita bir dövlət kimi ləğv
oldu. Rusiya sağsahil Ukraynanı,
bütün Belorusiyanı, Litva və
Kurlandiyanı ələ keçirtdi.
|
|
II Yekaterina ilə I Pyotrun
fəaliyyətləri arasında hansı
oxşarlıqları vardır?
|
Təhsilə böyük önəm
verən I Pyotr zadəgan
uşaqlarına qarşı daha sərt
idi. 0,1714-cü ildə riyaziyyatı
və həndəsəni öyrənməyənə
ailə qurmağı qadağan edən
qanun verdi.
Ən əsası 1722-ci ildə
I Pyotr 14 səviyyəli hərbi, mülki
və məhkəmə məmurlarını
özündə birləşdirən "Rütbələr
cədvəli"ni nəşr etdi. Bununla
da I Pyotr göstərdi ki, təhsil
gələcək karyeranın açarıdır.
İndi vəzifələri ailənin nəcibliyi
ilə deyil, şəxsi qabiliyyət və
biliklərlə tutmaq olardı. Hər
hansı bir rus xüsusi əzmkarlığı
sayəsində zadəgan ola
bilərdi.
"XVII -XIX əsrlər Rusiya tarixi" kitabından"
|
l Pyotrun təhsillə
bağlı verdiyi qərarlara
münasibət
bildirin.
|
|