Osmanlı dövləti ilə gələcək
müharibədə Avropa dövlətlərindən
dəstək almaq üçün
I Pyotr geniş nümayəndə heyəti
ilə bir sıra Avropa ölkələrinə
səfər etdi. Avropa ölkələrində
I Pyotrun diqqətini cəlb edən
bir çox elmi, texniki, mədəni
nailiyyətlər və bilgilər Rusiyada
gələcəkdə həyata keçiriləcək
islahatlara başlanğıc verdi.
İsveçlə aparılan Şimal müharibəsində
qalib gələn Rusiya
Baltik dənizinə çıxış əldə etdi.
Şimal müharibəsindəki qələbədən
sonra I Pyotr imperator,
Rusiya imperiya adlanmağa
başlandı. Bununla da Rusiyada
mütləq monarxiya yarandı.
Şimal müharibəsinin gedişində
Neva çayı sahilində əsası
qoyulan Sankt-Peterburq şəhəri
1712-ci ildə Rusiyanın paytaxtı
oldu.
|
Baltik dənizinə çıxış Rusil
yaya nə vəd edirdi?
|
|
I Pyotrun
islahatları
Şimal müharibəsinin başlanması
ilə iqtisadi islahatlar başladı.
Qısa müddət ərzində yaradılan
manufakturaların əksəriyyəti
ordu və donanmanın ehtiyaclarını
ödəməyə yönəlmişdi. Əsas
islahatlardan biri ordu islahatı
idi. Rekrut mükəlləfiyyəti hesabına
daimi nizami ordu yaradıldı.
Zabitlər, əsasən, zadəganlardan
təyin olunurdu. Hərbi
|
|
Şəklə əsasən rus ordusu
nun silahlarını müəyyən
edin.
|
xidmətdə fərqlənən əsgərlər də
zabit ola bilirdi. Dövlət idarəçiliyində
islahat keçirildi. 1711-ci
ildə qanunvericilik və dövlət
idarəçiliyi ilə məşğul olan senat,
daha sonra idarəedici orqan
olan kollegiyalar yaradıldı. Kilsə
dövlətə tabe edildi.
|
Pyotrun islahatları hansı
məqsədləri güdürdü?
|
|
|