vuruşmadılar. Fransa rəqibi olan
İngiltərəni zəiflətməyə çalışdığı
üçün müharibənin əvvəlindən
üsyançıları silah və pulla təmin
edirdi. Fransız zabitləri və əsgərləri
də ABŞ ordusunda xidmət
edirdilər. İspaniya və Hollandiya
da ABŞ-a kömək edirdi.
|
Sizcə, İspaniya və Hollandiyanın
ABŞ-a kömək
etməsinin səbəbi nə idi?
|
1781-ci ildə Yorktaun döyüşündə
tələyə salınan ingilis ordusu
təslim oldu. 1783-cü ildə Parisdə
sülh müqaviləsi ilə İngiltərə ABŞ-ın
müstəqilliyini tanıdı.
ABŞ konstitusiyasının
qəbul
edilməsi
Amerikada 13 ingilis koloniyası
müstəqillik əldə etmişdi. Əvvəlki
koloniyalar artıq dövlətlər
hesab olunurdu. Müstəqilliklərini
elan etdikdən az müddət
sonra vahid mərkəzi hökumətə
ehtiyac yarandı. Ona
görə də 1787-ci ildə
Konstitusiya
qəbul edildi.
Konstitusiya hakimiyyətin
mərkəzi hökumət və əyalət
hökumətləri arasında bölüşdürüləcəyi
federal sistem yaratdı.
Federal hökumətə vergi toplamaq,
ordu toplamaq, ticarəti
tənzimləmək və milli valyuta
yaratmaq səlahiyyəti verilirdi.
Hakimiyyət üç qola bölündü,
hər birinin digərlərinin işini yoxlamaq
səlahiyyəti var idi.
İcra hakimiyyətinə rəhbərlik
|
edən Prezidentin qanunları icra
etmək, veto qoymaq, xarici siyasətə
nəzarət etmək və hərbi
qüvvələrə rəhbərlik etmək səlahiyyəti
var idi.
Konqres adlanan qanunverici
orqan iki palatadan - ştatların
qanunverici orqanları tərəfindən
seçilən üzvlərin olduğu Senat
və Nümayəndələr Palatasından
ibarət idi. Nümayəndələr
birbaşa xalq tərəfindən seçilirdi.
Ali Məhkəmə və digər məh-
|
kəmələr Konstitusiyanı "dövlətin
ali qanunu" kimi tətbiq edirdilər.
Qanunların konstitusiya uyğunluğuna
nəzarət edirdilər.
1791-ci ildə Konstitusiyaya
Hüquqlar haqqında Bili adlanan
on düzəliş əlavə edildi. Bu
düzəlişlər söz, mətbuat, toplaşmaq
və din azadlığına, mülkiyyət
hüquqlarının qorunmasına
zəmanət verirdi. Məhkəmənin
hökmü olmadan axtarış və
həbslər qadağan edilirdi.
|
|