Buradakı əhali bir çox sahələrdə
müstəqilliyə malik olsa da,
Britaniya təbəəsi olaraq qalırdı.
|
XVIII yüzilliyin əvvəllərində
hansı amillər İngiltərədən
köçüb gələnlərin
sayını artıra bilərdi?
|
XVIII yüzilliyin ortalarından
İngiltərə parlamentinin qəbul
etdiyi qanun ilə koloniyaların
başqa ölkələrlə ticarət əlaqələri
məhdudlaşdırıldı, idxal olunan
fransız və holland mallarına
yüksək vergi ödənilməli idi.
İngiltərə koloniyalardan xammalları
ucuz qiymətə alır, burada
sənaye məhsullarını satırdı. Lakin
İngiltərə hökumətinin müxtəlif
məhdudiyyətlərinə baxmayaraq,
ticarət inkişaf edirdi
Yeddiillik müharibənin
(1756-1763) gedişində Şimali
Amerikada ingilislər və fransızlar
arasında mübarizə baş
vermişdi. İngiltərə qalib gələrək
Şimali Amerikadakı fransız
müstəmləkələrini, əsasən, ələ
keçirdi. Bundan sonra İngiltərə
müharibə xərclərini ödəmək və
burada saxlanan ordunun xərclərini
ödəmək üçün koloniyalarda
yeni vergilər tətbiq etdi.
1765-ci ildə İngiltərə parlamenti
koloniyalara Möhür qanunu
tətbiq etdi. Qanuna görə
koloniyaların əhalisi sənədlər,
qəzetlər və digər çap materiallarına
rəsmi möhür vurmaq
üçün vergi ödəməli idi. Lakin
narazılığa səbəb olduğu üçün
bu ləğv edildi. Tədricən koloniyalar
və İngiltərə arasında narazılıq
dərinləşdi. Artıq koloniyalar
müstəqilliyə can atırdı.
|
| ABŞ necə yarandı? |
İngiltərə hökumətinin Şimali
Amerikadakı müstəmləkələrdə
həyata keçirdiyi iqtisadi məhdudlaşdırma
siyasəti narazılığı
getdikcə artırdı.
1775-ci ildə müstəmləkə əhalisi
ilə Britaniya ordusu arasında
döyüşlər başlandı. Tezliklə Corc
Vaşinqtonun komandanlığı ilə
koloniyaların ordusu yarandı.
4 iyul 1776-cı ildə Tomas Ceffersonun
yazdığı "İstiqlaliyyət
Bəyannaməsi" elan edildi.
Bəyannamə İngiltərənin Şimali
Amerikadakı müstəmləkələrinin
müstəqilliyini elan etdi.
Amerikalılar müstəqillik uğrunda
apardıqları müharibədə
qalib gəldilər. Bu, bir neçə səbəblə
izah edilir. Birincisi, amerikalıların
döyüş motivasiyası
ingilislərinkindən qat-qat güclü
idi, çünki onlar artıq Amerikanı
öz vətənləri hesab edirdilər.
|
İstiqlaliyyət müharibəsində
ABŞ və Vətən müharibəsində
Azərbaycanın
qələbələrinin hansı oxşar
cəhəti var?
|
İkincisi, amerikalılar partizan
müharibəsi taktikası tətbiq
etdilər. Yandırılmış torpaq taktikasından
istifadə edərək ingilis
ordusunu zəiflətdilər. Üçüncüsü,
müharibəni İngiltərədən uzaqda
aparmaq çox baha başa gəlirdi.
Bir neçə ildən sonra artan
vergilərdən narazı olan İngiltərə
əhalisi müharibəni dayandırmağı
tələb etdi. Həmçinin
amerikalılar İngiltərəyə qarşı tək
Bütün insanlar bərabər
yaranmışlar. Tanrı insanların
hamısına ayrılmaz hüquqlar,
o cümlədən yaşamaq,
azadlıq və xoşbəxtliyə can
atmaq hüququ vermişdir.
Bu hüquqları təmin etmək
üçün adamlar arasında
hökumətlər təsis edilmiş
və idarə olunanların razılığı
ilə ədalətli hakimiyyət
yaradılmışdır. Bu idarəetmə
forması idarə olunanların
mənafeyinə uyğun olmadıqda
xalqın onu dəyişdirmək,
yeni hökumət təsis
etmək hüququ vardır.
ABŞ "İstiqlaliyyət Bəyannaməsi"
Corc Vaşinqton
Tomas Cefferson
|