Misirdə hökmdar qeyri-məhdud
hakimiyyətə malik idi.
Hökmdarın sarayı böyük ev mənasını verən firon adlanırdı. Sonralar firon sözü hökmdarı ifadə etməyə başladı. Firon tanrının yer üzərində təmsilçisi olaraq insanların, torpaqların və bütün əmlakın sahibi hesab edilirdi. Onlara hakimiyyətin tanrı tərəfindən verilməsi iddia edilirdi. Firon baş komandan idi. Hakimiyyət atadan oğula və ya qardaşdan qardaşa keçirdi. Məmurlar oxuyub-yazmağı bilən şəxslər arasından seçilirdi. Onlar əkin sahələrinin ölçülməsi, verginin toplanması, hüquq və ordu ilə bağlı işlərə baxırdılar. |
Qədim Misirdə e.ə. IV minillikdə
yazı yarandı. Şumerlərdə
olduğu kimi, Misirdə də ilk
yazı əşyanın şəklinin çəkilməsi
ilə başlamışdı. Sonralar şəkli
yazılar işarələrlə - heroqlitlərlə
əvəz olundu. Misir heroqlitləri
1822-ci ildə fransız alimi Jan
Şampolyon tərəfindən oxunmağa
başlanmışdır.
E.ə. III minillikdə Misir memarlığında böyük inkişaf baş verdi. Bu, fironların məzarlarına ehramların inşa edilməsi ilə bağlı idi. Pilləkən formalı ilk piramida firon Coserin olmuşdur. Ən böyük piramida olan firon Xeopsun piramidası dünyanın 7 möcüzəsindən biri sayılır. |
E.ə. IV minilliyin sonların-da Mesopotamiyaya qədər əlaqələr qurulmuşdu. Misirdə şumerlərdəkinə oxşar möhürlər tapılmışdı. Binaların quruluşunda oxşarlıqlar var. Misirdə ilk dəfə e.ə. IV minilliyin sonunda yaranan yazının Mesopotamiyadan alınmış ola biləcəyini iddia edən bir sıra alimlər vardır. Şumer mixi yazısı və Misir heroqlifləri sözün səsini ifadə edən işarələrlə, anlamını təmsil edən işarələrin birləşdirilməsi yolu ilə istifadə edilmişdir.
|