Kompas və gəminin olduğu yeri
müəyyənləşdirən cihazlar açıq
dənizə çıxmağı təmin etdi.
Dini düşmənçiliklərə və davamlı müharibələrə baxmayaraq, xristian Avropa, İslam dünyasından çox şey öyrəndi, istər Yunan elm və fəlsəfəsinin qorunması, istərsə elmi və iqtisadi bilik və texnologiyanın Hindistan və Çin kimi uzaq diyarlardan Avropaya çatdırılması İslam dünyasının əsəridir.
David Arnold. "Coğrafi Keşifler Tarihi"
Hindistana
dəniz yolunun
kəşfi
Portuqaliya Avropada siyasi sərhədlərini müəyyənləşdirən ilk milli dövlət hesab edilir. Ancaq ölkə ərazisi kənd təsərrüfatı üçün əlverişli deyildi. Ona görə də gəmiçilik və ticarət nisbətən inkişaf etmişdi. Bu və yerləşdiyi coğrafi mövqe ilk olaraq onun Böyük coğrafi kəşflərə başlamasına səbəb olmuşdu. Onlar Afrikanın cənubundan dolanaraq Hindistana getməyin mümkün olması haqqında məlumata |
malik idilər. Bartolomey Diaş
Afrikanın cənubuna qədər
səyahət edə bildi və buranı
Ümid burnu adlandırdı.
1498-ci ildə Vasko da Qama
Hind okeanını keçərək Hindistan
sahillərinə çatdı.
Portuqaliya ərəb tacirlərinin nəzarətində
olan ədviyyat ticarətini
ələ keçirmək üçün mübarizə
apardı və XVI yüzilliyin əvvəllərində
buna nail ola bildi.
Lakin portuqalların Asiya bölgələrini
müstəmləkəyə çevirmək
üçün kifayət qədər əhalisi,
iqtisadi və hərbi gücü yox idi.
Ona görə də sonralar portuqallar
digər Avropa dövlətləri:
İspaniya, İngiltərə, Hollandiya
və Fransadan geri qaldı.
Yeni dünyanın
kəşfi
Portuqaliyaya nisbətən əhalisi daha çox olan və hərbi cəhətdən güclü olan İspaniya daha geniş müstəmləkələr ələ keçirməyə nail oldu. İspaniya kralına xidmət edən italyan Xristofor Kolumb qərbə üzməklə Hindistana çata biləcəyinə inanırdı. O, 1492-ci ildə Kuba sahillərinə və Karib dənizi adalarına çatsa da, buranın Hindistan olduğunu düşünürdü. Ona görə də buranı Hindistan, əhalisini də hindular adlandırdı. Digər səyyahlar tezliklə başa düşdülər ki, Kolumb tamamilə yeni bir qitə kəşf edib. |
|