öyük coğrafi kəşflər
dünya tarixində
mühüm dəyişikliklər
yaratdı. Yeni qitələr
kəşf edildi, dünya
vasitəsilə yeni ticarət yolları
yarandı.Ticarət dünya miqyasında
aparılmağa başlandı.
Avropa, Asiya və Afrika ölkələri
işğal edilərək müstəmləkələrə
çevrildi. Bu ölkələrin təbii
sərvətləri Avropa dövlətlərinin
iqtisadi, elmi, texnoloji və s.
sahələrdə inkişafına təsir etdi.
Nəticələri müasir dövrdə də
təsirlərini göstərən dəyişikliklər
baş verdi. Müasir sosial-iqtisadi
və siyasi problemlərin bir
çoxunun kökləri Böyük coğrafi
kəşflərlə bağlıdır.
Səbəblər və
vasitələr
XIV yüzilliyin ortalarında "Qara
ölüm" adlanan və bütün Avropanı
bürüyən vəba epidemiyası
sosial-iqtisadi vəziyyəti pisləşdirdi,
əhalinin üçdə birindən
çoxunun ölümünə səbəb oldu.
Avropa iqtisadiyyatının yenidən
canlanması üçün çoxlu qızıl və
gümüş, işçi qüvvəsinə ehtiyac
yarandı.
|
XIV-XV yüzilliklərdə Osmanlı
türklərinin fəthləri avropalıların
ənənəvi quru yolları ilə Şərqə
səyahət imkanlarını azaltdı. Bu,
dəniz yolu ilə Asiyaya getmək
təşəbbüslərinin yaranmasına
səbəb oldu. Böyük coğrafi
kəşflər, əsasən, iqtisadi səbəblərlə
bağlı olmuşdur. Avropalı
tacirlər və dövlətlər Şərqlə
ticarətin (xüsusilə ədviyyat
sahəsində) genişlənməsinə
çalışırdılar. Yeməklərin tez xarab
olmaması və dadlandırmaq
üçün lazım olan ədviyyatlar
ərəb tacirləri tərəfindən Avropada
baha qiymətə satılırdı. Bu
dövrdə Avropada mövcud olan
qızıl yataqları tükənmişdi. Daxili
iqtisadiyyatı təmin etmək və
Şərqlə ticarətdə istifadə etmək
üçün çoxlu qızıl və gümüşə
ehtiyac var idi. Coğrafi kəşflərin
başlaması xristianlığın yayılması
|
pərdəsi altında aparılırdı. Bu isə
siyasi və iqtisadi məqsədlərin
gizlədilməsinə xidmət edirdi.
Bəs səyahətlər necə mümkün
oldu? XV yüzilliyin ikinci yarısına
qədər Avropa dövlətləri
siyasi və iqtisadi cəhətdən güclənmişdi.
Avropalılar artıq uzaq
dəniz səyahətlərinə imkan
verən texnologiya səviyyəsinə
çatmışdılar. Bu elmi bilik və texnologiyanın
inkişafında müsəlman
dünyasının böyük xidməti
olmuşdur, istiqaməti müəyyən
edən cihazlar müsəlman
dənizçilər vasitəsilə Avropada
tanınmışdı. Həmçinin gəmilər
də müsəlman dənizçilərinin
təcrübəsi əsasında təkmilləşdirilmişdi.
Lazım olan istiqamətdə
hərəkət etməyə imkan verən
yelkənli gəmilər - karavellalar
yaradıldı.
|