“Dövlət
mənəm!”
XVI yüzillikdə artıq Fransada
mütləqiyyət yaranmışdı. Kral
bütün hakimiyyəti öz əlində
cəmləşdirmişdi. 1530-cu ildə
latın dilini rəsmi dil olaraq
fransız dili əvəz etdi. Reformasiyadan
sonra Fransanı dini
müharibələr bürüdü. Dini və
siyasi mübarizə nəticəsində
XVI yüzilliyin sonunda Fransada
Burbonlar sülaləsi hakimiyyətə
gəldi.
* Mütləqiyyət
Hökmdarın qeyri-məhdud
hakimiyyətə malik olduğu.
mərkəzləşdirilmiş dövlətdir.
XVII yüzillik Fransada mütləqiyyətin
möhkəmlənməsi ilə
səciyyəvi idi. Baş ştatlar uzun
müddət çağırılmadı. Birinci
nazir və kardinal Rişelyenin
siyasəti nəticəsində Fransa Avropanın
ən güclü dövlətlərindən
birinə çevrildi. Mütləqiyyət
möhkəmləndirildi.
Kral XIV Lüdoviqin (1643—
1715) "Dövlət mənəm!" ifadəsi
mütləqiyyətin mahiyyətini
göstərirdi. O, zadəganların
müqavimətini qırmaq üçün
bəzən güc tətbiq etmək,
bəzən isə sarayda vəzifələr
verməklə mərkəzi hakimiyyəti
möhkəmləndirdi. Saray xərcləri
və işğalçı müharibələrin aparılması
tədricən dövlətin iqtisadi
cəhətdən vəziyyətinə mənfi
təsir göstərirdi.
|
Fransada Baş Ştatlar
1789-cu il Fransa inqilabı
|
1789-cu ildə başlayan fransız
inqilabının həm uzun müddətli,
həm də yaxın səbəbləri
olmuşdu. Uzunmüddətli
səbəblərindən biri Fransa
cəmiyyətinin bərabərsizliyə
əsaslanması idi. Belə ki Fransada
əhali 3 əsas sosial təbəqəyə
bölünürdü. Ruhanilər və zadəganlardan
ibarət ilk iki təbəqə
torpaqların böyük hissəsinə sahib
olmaqla yanaşı, vergilərdən
azad idi. Vergilərin bütün ağırlığı
kəndlilər, burjuaziya, tacirlər,
sənətkarlar və muzdlu işçilərdən
ibarət üçüncü təbəqənin
üzərinə düşürdü.
|
Sizcə, karikaturda nə ifadə
edilmişdir?
|
|
|
XVIII yüzillik istehlak qiymətlərinin
artması üçüncü təbəqəyə
mənfi təsir göstərdi və əhalinin
narazılığının artmasına səbəb
oldu. XVIII yüzilliyin 80-ci
illərində istehsalın azalması
ərzaq qıtlığına, qiymətlərin
artmasına və işsizliyə səbəb
oldu, iqtisadi problemlərə
baxmayaraq, kral hakimiyyəti
müharibələrə və saray dəbdəbələrinə
böyük vəsaitlər
xərcləməyə davam etdi.
İngiltərəyə qarşı ABŞ-ın istiqlaliyyət
müharibəsinə kömək
etmək üçün böyük məbləğdə
vəsait xərcləməsi Fransanın
iqtisadi vəziyyətini daha da
pisləşdirdi. 1789-cu ildə Kral
XVI Lüdoviq yeni vergilərin
artırılması üçün Baş ştatları
çağırmağa məcbur oldu. Baş
ştatlar üç sosial təbəqənin nümayəndələrindən
ibarət idi.
Maliyyə problemlərini həll
etmək üçün üçüncü təbəqənin
üzvləri ruhanilərin və
zadəganların vergidən azad
edilməsinin ləğv edilməsini və
konstitusiya qəbul edilməsini
təklif etdilər. Buna nail olmadıqda
özlərini Milli Məclis
|