Kromvelin ölümündən sonra
diktatura rejimi zəiflədi. 1660-cı
ildə Parlament səlahiyyətlərin
bölüşdürülməsi və digər
şərtlərlə Stüartlar sülaləsinin
hakimiyyətini restavrasiya
(bərpa) etdi. Lakin Stüartların
katolik təriqətini yaymağa
çalışması yenidən parlamentlə
münaqişəyə səbəb oldu.
1688-ci ildə bir qrup ingilis
zadəganı dinc yolla çevriliş
edərək kralın protestant
kürəkəni hollandiyalı Vilhelmi
hakimiyyətə gətirdilər. Dinc
yolla baş verdiyi üçün bu çevrilişə
İngiltərə tarixində "Şanlı
inqilab" da deyilir.
1689-cu ildə qəbul edilən
Hüquqlar haqqında Bill ilə
qanunlar qəbul etmək və vergi
toplamaq hüququ parlamentə
verildi. Kral yalnız parlamentin
razılığı ilə ordudan istifadə edə
bilərdi. Beləliklə, kral hakimiyyəti
parlament tərəfindən məhdudlaşdırıldı.
Qanunun əliliyinə əsaslanan
hüquqi dövlətin əsasları
qoyuldu. Hakimiyyətin tanrı tərəfindən
verilməsi prinsipinə zərbə
vuruldu. Tədricən İngiltərənin
idarəetmə sistemi təkmilləşdi.
|
Parlamentdə çoxluq təşkil edən
partiyanın lideri hökumətə
rəhbərlik etməyə başladı. Bu
idarəetmə sistemi müasir dövrdə
də davam edir.
* Hüquqi dövlət
vətənaşların hüquq və azadlıqların təmin olunduğu
dövlətdir.
Sənaye çevrilişi
Hələ XVI yüzillikdə İngiltərədə
torpaqların çəpərlənmələri nəticəsində
aqrar inqilab başlanmışdı.
Əkin sahələri və otlaqların
çəpərlənməsi kəndlilərin
torpaqsızlaşmasına və manufakturalarda
ucuz işçi qüvvəsinə
çevrilməsinə səbəb oldu.
XVII yüzillik İngiltərədə mütləqiyyətin
məhdudlaşması və
hüquqi dövlətin əsaslarının
qoyulması ölkənin sosial-iqtisadi
inkişafına səbəb oldu.
Mülkiyyət həmçinin digər
|
hüquq və azadlıqlarının qorunması
xüsusilə önəmli rol
oynadı. İngiltərə müstəmləkə
ərazilərinin ələ keçirilməsi
nəticəsində geniş xammal
mənbəyi və satış bazarına
sahib olmuşdu. Dəniz ticarəti
və müstəmləkələrin qarət
edilməsi sərvət yığımını gücləndirmişdi.
Həmçinin ölkənin
əlverişli coğrafi mövqeyi,
yəni onun adada yerləşməsi
nəticəsində uzun müddət
daxili və xarici müharibələrin
olmaması da bu inkişafın səbəblərindən
idi. Beləliklə, bu
və digər amillər İngiltərədə
XVIII yüzilliyin ikinci yarısında
sənaye çevrilişinin başlanmasına
şərait yaratdı. Əl əməyini
maşınlı istehsal əvəz etdi.
Buxar mühərriki
1784-cü ildə buxar mühərrikinin
kəşf edilməsi sənaye
çevrilişinə təkan verdi. Sənaye
çevrilişi ilk olaraq toxuculuq
sənayesində başlandı. Bu
həmin sahənin daha az kapital
tələbatı ilə bağlı idi. Buxar mühərrikindən
istifadə istehsalın
üsulunu dəyişərək məhsuldarlığı
artırmışdı. Sənaye çevrilişi
nəticəsində burjuaziya və
fəhlələr cəmiyyətdə əsas
təbəqələrə çevrildilər.
|