I Yelizavetanın varisi olmadığı
üçün 1603-cü ildə İngiltərədə
yeni sülalə - Stüartlar
hakimiyyətə gəldi. Stüartlar
sülaləsinin nümayəndələri
hakimiyyətin tanrı tərəfindən
verildiyini və yalnız ona
hesab verməli olduqlarını
iddia edirdilər. Bu, parlament
və kral arasında münaqişə
yaratdı. Sosial ziddiyyətləri
kəskinləşdirən amillərdən
biri - reformasiya nəticəsində
meydana gələn Puritanların
(lat. "purus" - "təmiz")
fəaliyyəti idi. Onlar Anqlikan
kilsəsinin katolik ehkamlardan
təmizlənməsini istəyirdilər.
Təqib edilən Puritanların bir
hissəsi Amerikaya getməyə
məcbur oldu.
XVII yüzilliyin birinci yarısında
Otuzillik müharibə Avropa
|
Avropada
mürəkkəb siyasi vəziyyət
yaratdı. Bir sıra ölkələrdə
üsyanlar və vətəndaş müharibələri
baş verdi. Bunlardan
ən məşhuru İngiltərə inqilabı
kimi də tanınan vətəndaş
müharibəsi idi. Bu hadisənin
əsasında İngiltərənin idarə
olunması sahəsində kral və
parlament arasında ziddiyyətlər
dayanırdı.
Ziddiyyətlərin tədricən kəskinləşməsi
nəticəsində kral parlamenti
buraxsa da, 1640-cı
ildə yeni vergilər təyin etmək
məqsədilə onu bərpa etməyə
məcbur oldu. Lakin kral və
parlament arasındakı ziddiyyətlər
vətəndaş müharibələrinə
səbəb oldu. Parlamentin
üzvü Oliver Kromvel yeni
tipli ordu quraraq kral ordusunu
məğlub etdi.
|
Oliver Kromvel
1649-cu ildə kral edam edildi
və İngiltərə respublika elan
olundu. Lakin Kromvel 1653-cü
ildə hərbi çevriliş edərək parlamenti
buraxdı. Beləliklə, ölkədə
hərbi diktatura quruldu. Kromvel
katoliklərdən başqa, bütün
xristianlar üçün dini dözümlülüyün
tərəfdarı idi. Puritan
əxlaqına görə, günah hesab
edilən teatr, rəqs və idman
fəaliyyətləri qadağan edildi.
|