İNGİLTƏRƏ
VƏ FRANSA
"Məğlubedilməz Armada", Oliver Kromvel, Stüartlar,
Puritanlar, aqrar inqilab, sənayə çevrilişi, 1789-cu
il Fransa inqilabı, İnsan və Vətəndaş Hüquqları
Bəyannaməsi, direktoriya
İqtisadi və sosial böhranlar
XVI yüzilliyin ikinci yarısı -
XVII yüzilliyin birinci yarısında
Avropa ağır iqtisadi və sosial
böhranlara məruz qaldı. Əsas
iqtisadi problemlərdən biri
inflyasiya (pulun dəyərdən
düşməsi) və ya qiymətlər
artımı idi. Qiymətlər artımının
əsas səbəblərindən biri coğrafi
kəşflər nəticəsində Amerikadan
qızıl və gümüş axını idi.
Həmçinin əhalinin sayının
artması nəticəsində torpaq və
ərzaq tələbatının yüksəlməsi
də qiymətlərin artmasına
səbəb oldu. Müharibələr, vəba
və aclıq nəticəsində iqtisadi inkişaf
zəiflədi və sosial gərginlik kəskinləşdi.
|
Yelizaveta
I Yelizavetanın (1558-1603)
hakimiyyət illəri İngiltərənin
"qızıl dövrü" adlandırılır.
|
Yelizavetanın iqtisadi siyasəti
proteksionizm prinsiplərinə,
yəni yerli istehsalı və ticarəti himayə
etməyə əsaslanırdı, ingilis
mallarının ixracına əlverişli şərait
yaradılırdı. Bu isə ingilis gəmiçiliyini
və toxuculuq sənayesini
inkişaf etdirirdi. Dəniz ticarəti
və müstəmləkələr uğrunda
mübarizədə İngiltərənin əsas
rəqibi İspaniya idi. 1588-ci ildə
Britaniyanı işğal etmək istəyən
İspaniya donanması - "Məğlubedilməz
Armada" darmadağın
edildi. Bununla da İngiltərə Avropanın
ən güclü dövlətlərindən
birinə çevrildi.
|
XVI yüzildə İngiltərədə kral
tərəfindən həyata keçirilən
reformasiya nəticəsində kilsə
dövlətə tabe edildi. Kralın
başçılıq etdiyi Anqlikan kilsəsi
yarandı. Bu, İngiltərədə kral
hakimiyyətinin möhkəmlənməsində
mühüm amillərdən oldu.
|
Sizcə, Anqlikan kilsəsinin
yaranması Avropada baş
verən hansı hadisə ilə
bağlı idi?
|
|
|