Müxtəlif xammallara duyulan ehtiyac Misirin qonşu ölkələrlə əlaqələr qurmasına səbəb olmuşdu. Nil vadisində dulusçuluq və kərpic üçün kifayət qədər gil vardı, lakin taxta az idi. Vadidəki qayalardan saf və ağ əhəngdaşı, uzaq bölgələrdən qranit və başqa sərt daşlar, qızıl, mis və qiymətli daşların gətirilməsi lazım olurdu. Bu da hərbi yürüşlər təşkil edə bilən mütəşəkkil cəmiyyət olmağı zəruri edirdi.
Dünyanın ən uzun çayı olan Nil
Misirin cənubundan şimalına
doğru axaraq Aralıq dənizinə
tökülürdü. Çayın gətirdiyi lil onun yatağının iki tərəfini də münbitləşdirirdi. Bu topraqlar çox məhsuldar olurdu. Qədim yunan tarixçisi Herodot Misiri "Nilin töhfəsi" adlandırırdı.
E.ə. IV minilliyin ikinci yarısında ölkə ərazisində: Aşağı Misir və Yuxarı Misir dövlətləri yaranmışdı. Aralarındakı mübarizə Yuxarı Misirin qalib gələrək ölkə ərazisini vahid dövlətdə birləşdirməsi ilə nəticələndi. Beləliklə, e.ə. IV minilliyin sonunda vahid Misir dövləti yarandı. |
E.ə. II minilliyin ortalarında
Misir özünün ən güclü dövrünü
yaşamağa başlayır. Firon I Tutmosun
hakimiyyəti dövründə
Fələstin və Suriya işğal edildi.
Misir dövlətinin şimal sərhədləri
ilk dəfə Fərat çayına çatdı. Cənubda
isə Nubiya tabe edildi.
III Tutmosun hakimiyyəti dövründə
yenidən Fələstin, Finikiya
və Suriya ələ keçirildi. O, Fələstin və Suriyanı idarə etmək üçün canişinlər təyin etdi. Firon II Ramzes Anadoludakı Het dövləti ilə mübarizə aparmışdır. Hər iki dövlət arasında Suriya uğrunda müharibədə qəti qələbə qazanan olmamışdır. Tərəflər arasında Kadeş şəhərində imzalanan sülh müqaviləsi ilə Şimali Suriya hetlərdə qaldı. Tərəflər başqa dövlətlərə |
qarşı bir-birinə yardım etməli idilər. Kadeş müqaviləsi tarixdə ilk yazılı sülh müqaviləsidir.Bu müqavilə nəticəsində uzun müddət sülh şəraitində yaşamış Misir iqtisadi cəhətdən daha da inkişaf etmişdi. Bu isə II Ramzesin geniş quruculuq işləri aparmasına şərait yaratmışdı. |