Rişelye dövlətlərarası sistem
sahəsində radikal yanaşmanı
inkişaf etdirmişdir.
Dövlətin öz-özünə mövcud
olan mücərrəd və daimi
bir qurum olması fikrini
irəli sürmüşdür. Dövlətin
ehtiyaclarını hökmdarın
şəxsiyyəti, ailə mənafeyi və
ya dinin universal tələbləri
müəyyən edə bilməz. Əsas
yol göstərici milli mənafe
olmalıdır.
H.Kissencer "Dünya düzəni"
|
Dövlət mənafeyi prinsipini
müasir dövrlə əlaqələndirərək
şərh edin.
|
Otuzillik müharibə Avropada
o dövrə qədər baş vermiş ən
dağıdıcı münaqişə idi. Döyüşlər,
əsasən, alman torpaqlarında
getsə də, İngiltərədən başqa,
bütün böyük Avropa dövlətləri
müharibədə iştirak edirdi.
Müharibə Avropada əhalisinin
böyük tələfatına səbəb oldu. Almaniya
talan edildi və dağıdıldı.
Ticarətin tamamilə dayanması,
qarətçilik, aclıq, xəstəlik və sosial
qarışıqlıq Almaniyada knyazlıqların
yenidən feodal qaydalarını
gücləndirməsinə səbəb oldu.
|
|
1648-ci ildə Vestfaliya sülhü
müharibəni rəsmən başa
çatdırdı. Vestfaliya sülhü ilə
Müqəddəs Roma imperiyasını
təşkil edən üç yüzdən çox alman
dövlətinin müstəqilliyi və
öz dinlərini təyinetmə hüququ
tanındı. Bu, Almaniyanın siyasi
dağınıqlığının rəsmiləşdirilməsi
idi. Kiçik knyazlıqlara parçalanması
rəsmiləşən Almaniyanın
geosiyasi və geostrateji
əhəmiyyəti sarsıldı. Otuzillik
müharibə Qərbi Avropada
üstünlüyün İspaniyadan Fransaya
keçməsi ilə nəticələndi.
Müharibənin fəsadları digər
Avropa dövlətlərinə də təsir
göstərdi. İngiltərədə vətəndaş
müharibəsi, İspaniyada üsyanlar
baş verdi.
|
Vestfaliya sülhü ilə ilk dəfə
olaraq Avropada dövlətlər
arasında müqavilədə Papanın
imzasına ehtiyac duyulmadı.
Bu, kilsənin gücünün məhdudlaşdırılması
demək idi. Sülh
Avropada dünyəviliyin güclənməsinə
təkan verməklə yanaşı,
burada dini müharibələr
dövrünü sonlandırdı.
Vestfaliya Avropanın ilk ən böyük
sülh konfransı olmuşdur. Müəyyən
qaydalara əsaslanan dövlətlərarası
münasibətlər sistemi
Vestfaliya sülhü ilə yaranmışdı.
Vestfaliya konfransı "suveren
dövlətlərin bərabərliyi" yanaşmasının
dövlətlərarası münasibətlərdə
ilk dəfə tətbiq edilməsi
ilə səciyəvidir. Buna görə, müasir
dövr də dövlətlərarası münasibətlərdə
mövcüd olan bütün
dövlətlərin bərabər hüquqlu
olması və başqasının daxili işləri
qarışmanın qadağan edilməsi
"Vestfaliya sistemi" adlanır.
|
|
Zaman oxunda verilmiş tarixlərə aid mühüm hadisələri müəyyən
edin.
|
|