Katoliklərlə protestantlar
arasında mübarizə tezliklə Avropada
Otuzillik müharibəyə
səbəb oldu.
Müqəddəs Roma imperatoru
ilə protestant knyazlar arasında
başlayan dini müharibə
Avropanın bir sıra dövlətlərinin
qoşulması ilə genişləndi.
"Dini müharibələrin sonuncusu"
|
adlandırılan Otuzillik müharibənin
başlanmasında din
mühüm rol oynasa da, siyasi
və ərazi motivləri də güclü idi.
Müharibə 1618-ci ildə Müqəddəs
Roma imperiyasının
torpaqlarında başladı. Xüsusilə
Fransa ilə İspaniya və
Müqəddəs Roma imperiyası
hökmdarları arasında Avropa
|
liderliyi uğrunda mübarizə
mühüm əhəmiyyət kəsb
edirdi. Katolik Fransanın eyni
etiqada malik Müqəddəs
Roma imperiyasına qarşı
protestantları müdafiə etməsi
baş nazir və kilsənin kardinalı
Rişelyenin dövlət mənafeyi
prinsipi ilə bağlı idi. Bununla
da, dövlət mənafeyi prinsipinin
başlanğıcı qoyuldu.
|