|
İngiltərədə reformasiyanın
hansı özünəməxsus cəhətləri
olmuşdur?
|
Fransada reformasiya keşiş Jan
Kalvinin adı ilə bağlı idi. Protestantlığın
ən geniş yayılmış
etiqadlarından birini yaradan
Kalvin dövlət-kilsə, əxlaq və
dinlə bağlı özünəməxsus fikirlər
yaratmışdı. O, insanın bütün
zövq və təmtəraqlı işlərdən
uzaq olmasını; rəqs, yaxşı
geyim, oyun və əyləncələrin
məhdudlaşdırılmasını təbliğ
edirdi.
Kalvinizm dövlət siyasətindən
çox yeni yaranmaqda olan
burjuaziyanın (şəhər varlıları)
mənafeyinə uyğun idi.
XVI yüzilliyin sonunda Fransa
kralı etiqad azadlığı haqqında
fərman verdikdən sonra
katolikliklə yanaşı, kalvinizm də
rəsmiləşdirildi.
Əks-reformasiya
Katolik kilsəsi reformasiyaya
qarşı mübarizəyə başladı.
Bu mübarizə xüsusilə İtaliya
və İspaniyada uğurlu oldu.
Dinin siyasətdə istifadə edil-
|
1572-ci ildə Parisdə protestantların cəzalandırılması
|
məsi Avropa ölkələrində daxili
münaqişələrə və müharibələrə
səbəb oldu. Bu və ya digər təriqətin
üzvləri öldürülür, müxtəlif
cəzalara məruz qalır, qadağan
edilmiş kitablar siyahıya
alınır və yandırılırdı. 1572-ci ildə
Parisdə protestantlara qarşı
kütləvi qətliam törədildi.
Katolik kilsəsi tərəfindən Reformasiyaya
qarşı İsa cəmiyyəti
adlı təşkilat yaradıldı. Yezuitlər
adlanan bu təşkilatın üzvləri
gizli xəfiyyə kimi də fəaliyyət
göstərirdilər. Onların öz
fikirlərini yaymaq üçün açdığı
məktəblər uzun müddət
Avropada ən yaxşı məktəblər
kimi tanınmışdır. Katolik təhsilini
dəyişdirən yezuitlər missionerlik
fəaliyyətini genişləndirərək
dünyanın hər yerinə yayılmışdılar.
Onlar intellektual və
siyasi bacarıqları nəticəsində
Avropada kral saraylarında
|
yüksək vəzifələr və nüfuz sahibi
oldular. Protestantlıq sosial-iqtisadi
sahədə də dəyişikliyə
səbəb oldu. Yeni sosial-iqtisadi
münasibətlərin - kapitalizmin*
yaranmasına da təkan
verdi. Protestantlıq Avropada
xristian kimliyindən fərqli etnik
kimliklərə keçidə şərait yaratdı.
Bu isə gələcək milli dövlətlərin
yaranmasına əlverişli zəmin
hazırladı. Lakin protestant
islahatı qadınların cəmiyyətdəki
yerini dəyişmədi. Belə ki kişilərə
itaət etməyə məcbur edilən
qadınların dövlət və ailə işlərini
idarə etmək qabiliyyətinə malik
olmadıqlarını hesab edirdilər.
* Kapitalizm
Xüsusi mülkiyyətə və muzdlu
əməyə əsaslanan iqtisadi
sistemdir.
|