Almaniyada katolik kilsəsinə
qarşı olanlar və tərəfdarları
arasında mübarizə başlandı.
1555-ci ildə imperator və
protestant knyazlar arasında
imzalanan Auqsburq sülhü ilə
Almaniyada dini müharibəyə
son qoyuldu. Bu müqavilə ilə
Almaniyada katolik kilsəsinin
bölünməsi rəsmi olaraq qəbul
edildi. Alman dövlətləri artıq
katoliklik və lüteranlıq arasında
seçim etməkdə sərbəst idi. Hər
bir alman dövlətinin hökmdarının
məzhəbi həmin dövlətin
rəsmi məzhəbi olmalı idi.
Hökmdarlardan fərqli olaraq
təbəələrə öz dinini seçmək
|
hüququ verilmədi. Reformasiya
Almaniyada vətənpərvərlik
duyğularına təkan versə də,
ölkənin siyasi parçalanmasını
gücləndirdi.
|
Auqsburq sülhü Almaniyanın
siyasi və sosial tarixinə
necə təsir göstərdi?
Avropada
Reformasiya
|
XVI yüzillikdə reformasiya
Avropanın digər ölkələrində də
yayılmağa başladı. İngiltərədə
reformasiya kral və papa
arasında narazılıq əsasında baş
verdi. Parlamentin köməyi ilə
kral İngiltərədə kilsənin başçısı
elan edildi. Katoliklik və protestantlığın
birləşməsi nəticəsində
anqlikan kilsəsi yarandı. Bundan
sonra monastır mülklərinin
zadəganlara satılması nəticəsində
kral hakimiyyəti daha da
gücləndi. Reformasiya hərəkatı
nəticəsində bəzi ölkələrdə orta
əsrlərin təmsilçi orqanları kral
hakimiyyətinin güclənməsi ilə
əhəmiyyətini itirsə də, İngiltərədə
parlament saxlanmışdı.
|