AVROPADA REFORMASİYA.
OTUZİLLİK
MÜHARİBƏ
Reformasiya, indulgensiya, Martin Lüter, Jan Kalvin,
əks-reformasiya, otuzillik müharibə, Vestfaliya sülhü
vropada XVI yüzilliyin
əvvəllərində
iqtisadi vəziyyətin
pisləşməsi sosial
gərginliyin yaranmasına
oldu. Bu isə Qərbi Avropada
orta əsrlərin başlanğıcından
mövcud olan inanc birliyini və
kilsənin hökmranlığını sarsıtdı.
Reformasiya adlanan bu
hərəkat nəticəsində yeni kilsə
və təriqətlərlə yanaşı, yeni siyasi
güclər yarandı. Bu gücləri
hökmdarlar artıq öz mənafeləri
üçün Roma papasına qarşı
istifadə etdilər. Bəzən bu yeni
güclər hökmdarlara qarşı da
çıxırdı. Beləliklə, Reformasiya
hərəkatı başlandı. Bu hərəkat
Avropada orta əsrlərin hakim
ideologiyasına zərbə vurdu.
Dövlətin dinə tabeliliyinə son
qoyuldu və hər ikisi öz sahəsi
ilə məşğul olmağa başladı.
XVI yüzilliyin əvvəllərində əhalinin
ağır vəziyyətinə baxmayaraq,
katolik kilsəsi böyük sərvətə
malik idi. Papa və onun məmurları
cah-calal içərisində yaşayırdı.
Romadakı papalıq sarayının
israfçılığı əhalinin vəziyyətini
daha da ağırlaşdırırdı. Buna
baxmayaraq, Papa gəlirlərini
artırmaq üçün məhkəmə və
dini gücündən istifadə edirdi.
|
|
XVI yüzilliyin əvvəllərində Almaniyanın siyasi vəziyyətini digər
Avropa ölkələri ilə müqayisə edin.
|
|
Cəhalət bu sui-istifadə hallarının
artmasına səbəb olurdu.
Kilsəni tənqid edənlər "bidətçi"
(dindən dönən) adlandıraraq
cəzalandırılırdılar.
Bu dövrdə Almaniya zəifləmiş
Müqəddəs Roma imperiyasının
tərkibində idi. Feodal dağınıqlığı
şəraitində katolik kilsəsinin
zülmü və özbaşınalığı daha
|
güclü idi. Papaya qarşı nifrətin
genişləndiyi ölkə barıt çəlləyinə
bənzəyirdi.
Alman rahibi və universitet
professoru Martin Lüter Romada
olarkən Papanın bütün
xristianları aldatdığını, çox
zəngin yaşadığını gördü. Buna
görə də Papanın hakimiyyətinə
qarşı mübarizəyə başladı.
|