Əlhambra sarayı
|
Çində bir sıra əhəmiyyətli mədəni və texniki nailiyyətlər qazanılmışdı. İlk dəfə not yazısı ilə musiqi əsərləri yazılmış, balet meydana gəlmişdi. Çində xüsusi gil növündən hazırlanmış möhkəm, yarımşəffaf, cingiltili qablar başqa ölkələrdə həvəslə alınırdı. Onlara çini qablar deyilirdi. XI yüzillikdən başlayaraq Avropada böyük tikinti işləri aparılırdı. O dövrün inşaatçıları qədim Roma və Bizans memarlıq ənənələrinə əsaslanırdılar. Belə tikililərə Roma üslublu tikililər deyilirdi. XII yüzilliyin sonlarında Avropada qot memarlığı deyilən memarlıq meydana gəldi. Şəhərlərdə, əsasən, bələdiyyə binaları, ticarət binaları, qonaq evləri və baş kilsələr qot üslubunda tikilirdi. |
İtaliya intibahının ən böyük xadimlərindən biri olan florensiyalı Leonardo da Vinçi dahi rəssam, ixtiraçı mühəndis, memar, heykəltəraş, musiqiçi və şair olmuşdur. Onun gənc şəhərli qadının portreti olan "Mona Liza" ("Cokonda") əsəri bütün dünyada məşhurdur. Leonardo da Vinçi dövrünü bir neçə əsr qabaqlayaraq paraşütün, vertolyotun, dalğıc kostyumlarının və sualtı qayığın maketini işləyib-hazırlamışdı. |
İntibah dövrünün dahi sənətkarları bəşəriyyəti bu gün də valeh edən nadir incilər yaratmışlar. İtaliya mədəniyyətinin təsiri altında Almaniya, İspaniya və Hollandiya rəssamları dünya incəsənətinə bir çox yeniliklər gətirmişlər. |