Teymurun qəbri üzərində
inşa edilən Gur Əmir türbəsi
Səmərqənd memarlığının
şah əsəri hesab olunur. Əmir
Teymurun və onun varislərinin
hakimiyyəti dövründə tikilmiş
Səmərqənddəki Şahi-Zində
məqbərə ansamblı Şərq memarlığının
ən gözəl nümunələrindən
biri sayılır. Səmərqənd
rəsədxanasının tikilməsinə
rəhbərlik etmiş Uluqbəy dövlət
xadimi, astronom olmaqla
yanaşı, həm də dövrünün
görkəmli memarı sayılırdı.
|
Nə üçün Uluqbəy dövrünün
ən böyük alimlərindən
biri hesab edilir?
Fikrinizi əsaslandırın.
|
|
Hindistanda yaranmış türk dövlətlərinin
mövcudluğu dövründə
hind-müsəlman mədəniyyəti
yüksəlişdə idi. Hind-islam
memarlıq abidələri içərisində
XII yüzillikdə Dehlidə inşa
edilmiş Qüvvətül-islam məscidi,
XIII yüzillikdə isə Dehli sultanı
Qütbəddin Aybəkin əmri ilə inşa
edilmiş və bu gün də möhtəşəmliyini
saxlayan Qütb Minar
minarəsi xüsusilə seçilir. Hündürlüyü
73 metr olan minarə dördsütunlu
olub, qırmızı qum daşı
və ağ mərmərdən tikilmişdir.
İspaniyada Qranada əmirliyində
hökmranlıq edən ərəblər
XIII—XIV yüzillikdə müsəlman
|
memarlığının ən gözəl incilərindən
biri sayılan Əlhambra
sarayını inşa etdirmişdilər.
Osmanlı memarlığının əsas
mərkəzlərindən biri İstanbul
şəhəri idi. Burada türk memarları
tərəfindən inşa edilən Çinili
köşk, Topqapı və başqa saraylar
bu gün də möhtəşəmliyi ilə
şəhərə yaraşıq verir.
Bu dövrdə Çin memarları gözəl
saraylar, evlər inşa edir, yuxarıya
doğru qatlanmış, yan çıxıntılı
tağları olan məbədlər - paqodalar
tikirdilər.
|