mübarizə və xalq həyatının təsviri idi. Orta əsr şəhərlərində şairlər xalq mahnıları və rəvayətləri toplayır, ədəbi əsərlər yaradırdılar. Avropada cəsur və alicənab cəngavərlərin vəsf edilməsi geniş yayılmışdı. Orta əsr ədəbiyyatının ən böyük əsəri Dantenin "İlahi komediyadı idi. Dante öz fəa- | liyyətinin ilk dövrlərində doğma şəhəri Florensiyada siyasi işlərdə çalışmışdı. O, dünyəvi şəxs olsa da, yaxşı dini, fəlsəfi və ədəbi təhsil almışdı. "İncil"i bilməklə yanaşı, ilahiyyat elmlərinin çoxunu mənimsəmiş Dante Vergilinin və bir | çox Antik dövr mütəfəkkirlərinin əsərləri ilə yaxından tanış olmuşdu. O, Florensiyadan sürgün edilmiş və ömrünün qalan hissəsini sürgündə keçirmişdi. "İlahi komediya"da şairin cəhənnəmə, Ərafa və cənnətə olan səyahəti təsvir edilir. |
Dante |
Memarlıq və
incəsənət Şərq ölkələrində incəsənət növlərindən ən çox memarlıq inkişaf etmişdi. Bu dövr türk memarlığı öz zənginliyi və çoxcəhətliliyi ilə seçilirdi. Səlcuq dövlətində yaşamış memarlar çoxlu saray, karvansara, məscid, mədrəsə, türbə və günbəzlər inşa etmişdilər. Memarlığın inkişafı baxımından Səmərqənd, İstanbul, Təbriz kimi şəhərlər daha çox fərqlənirdi. Əmir Teymurun Səmərqənddə tikdirdiyi binalar öz möhtəşəmliyi ilə baxanı valeh edirdi. |