Ədəbiyyat
Dövrün görkəmli türk alimi,
ədəbiyyatşünası və folklorçusu
Mahmud Kaşğari idi. 0,1077-ci
ildə yazılmış "Divanü lüğat-it-türk"
("Türk dillərinin divanı")
əsərinin müəllifidir. Lüğətdə
türk dillərinin zənginliklərini
əks etdirən misallar, xalq şeiri
nümunələri, atalar sözləri və
məsəllərə yer verilmiş, əsərin
sonuna o dövrdə türk xalqlarının
yaşadıqları ərazilərin
təsvirini verən ilk xəritə əlavə
olunmuşdur. Burada Balasaqun
şəhəri dünyanın mərkəzi olaraq
göstərilmişdir.
Mahmud Kaşğari
Mövlanə Cəlaləddin Rumi,
Yunis Əmrə, imadəddin Nəsimi
və Əlişir Nəvai dövrün ən
məşhur türk-müsəlman şairləri
olmuşdur.
|
Tanrının inayəti ilə günəş türk bürclərində doğdu və göylərin
bütün dairələri onların mülkləri üzərində döndü. Tanrı onlara türk
adını verdi və onları yer üzünə hakim qıldı. ...onları hamıdan üstün
etdi, onları haqq üzrə qüvvətləndirdi. Türklərlə əlbir olanları və
tərəfdarlarını əziz tutdu, türklərin sayəsində bütün arzularına çatdırdı,
pislərin, qaragüruhun şərindən qorudu. Türklərin oxlarından
qoruna bilmək üçün onların yolunu tutmaq hər bir ağıllı adama
layiq və münasibdir. Dərdini söyləmək və türklərin könlünü fəth
etmək üçün onların dilində danışmaqdan başqa yol yoxdur.
Mahmud Kaşğari. "Divanü lüğat-it-türk"
|
Mənbədə verilmiş məlumatları müzakirə edin.
|
Mahmud Kaşğarinin türklərin yayıldığı ərazini göstərən xəritəsi
|