Bu dövrdə toxa əkinçiliyi
daha da inkişaf etmiş, hazırda
məlum olan ev heyvanlarının
əhliləşdirilməsi başa çatmış,
maldarlıq təsərrüfatı inkişaf
etmişdi. Mis-daş dövrünün
əvvəllərində ananın - qadının
cəmiyyətdə mövqeyi hələ də
möhkəm idi. O, nəslin yaradıcısı,
ailə və qəbilə ocağını
qoruyub saxlayan müqəddəs
varlıq hesab olunurdu.
İbtidai icma
quruluşunun dağılması E.ə. IV minilliyin sonlarında insanlar misin tərkibinə qurğuşun, sürmə, qalay qatmaqla daha möhkəm metal - tunc almağı öyrəndilər. Təxminən 2 min il davam etmiş Tunc dövründə əmək məhsuldarlığı daha da artdı. Xış əkinçiliyinin yaranması,maldarlığın |
Bir neçə qohum qəbiləni birləşdirən tayfalar yarandı. Tayfa üzvləri ümumi adət-ənənəyə malik olur və bir dildə danışır, ağsaqqallar tərəfindən idarə olunurdu. Güclü tayfaların işğalçılıq siyasəti qarşısında xırda tayfalar birləşir, nəticədə bir tərəfdən iri tayfa birlikləri yaranır, digər tərəfdən tayfa |
içərisində hərbi başçıların nüfuzu
artırdı. Artıq tayfanın idarə
edilməsində ağsaqqallarla yanaşı,
hərbi başçılar da yaxından
iştirak edirdilər. Nəticədə "hərbi
demokratiya" adlandırılan
idarəçilik forması yaranmağa
başladı. Tunc dövründə əmək
alətlərinin təkmilləşməsi nəticəsində
yaranan əlavə məhsulun
ağsaqqalların və hərbi başçıların
əlində cəmləşməsi nəticəsində
tayfa içərisində əmlak
bərabərsizliyi yaranmağa
başladı. Cəmiyyətdə ictimai və
əmlak bərabərsizliyinin yaranması,
əhalinin təbəqələrə bölünməsi
kimi dəyişikliklər ibtidai
icma quruluşunun dağılması ilə
nəticələndi.
|