latın dilində deyil, ana dilində
yazmağa üstünlük verirdilər.
Onlar belə hesab edirdilər ki,
insanı ictimai həyatda nəslinin
qədimliyi, yaxud ad-sanı deyil,
öz əməyi və xidmətləri daha
çox məşhurlaşdırır.
Yeni mədəniyyətin yarandığı
dövr İntibah dövrü adlanır.
İtaliyanın Florensiya şəhəri intibah
mədəniyyətinin mərkəzinə
çevrilmişdi.
|
Bu dövrdə elmi biliklər kağız
üzərində əl ilə yazılaraq
çoxaldılırdı. Bu, kitaba olan
təlabatı ödəmirdi. Elmi biliklərin
çoxalması, savadlı insanlara
ehtiyacın olması kitablara qarşı
tələbatı artırırdı.
Alman alimi Quttenberq
1445-ci ildə çap üsulu ilə ilk kitabını
buraxdı. Onun çap etdiyi
ilk kitab "Bibliya" idi. Bəşəriyyət
tarixində ən böyük ixtiralardan
|
biri olan kitab çapı tədricən bütün
Avropaya yayıldı, biliklərin
daha sürətli və geniş şəkildə
inkişafına şərait yaratdı, təhsilin,
elmin və ədəbiyyatın inkişafına
təkan verdi.
|
Avropa intibahını İslam
intibahı ilə müqayisə edin.
|
|
"Qərbi Avropada elmin
inkişafında Şərq alimlərinin rolu" adlı məruzə
hazırlayın.
|
|