meydana gəldi. Dərslər hər
yerdə latın dilində tədris olunurdu.
Ona görə də avropalılar
istədikləri universitetlərdə
oxuya bilirdilər. Avropada ilk
universitet 1158-ci ildə İtaliyada,
Boloniya şəhərində
açılmışdı. Sonralar Fransa, İngiltərə
və digər Avropa ölkələrində
də belə təhsil müəssisələri
yaradılmağa başladı. Bu universitetdə,
əsasən, hüquq, təbabət
və incəsənət elmləri tədris
olunurdu. Bir müddət sonra
Parisdə, Oksfordda, Praqada
və Krakovda belə universitetlər
fəaliyyətə başladı.
Sürətlə böyüyən və abadlaşan şəhərlər üçün daha çox savadlı adamlar tələb olunurdu. Bunun da nəticəsində şəhərlərdə zehni əməklə məşğul olan xüsusi adamlar qrupu - ziyalılar meydana gəlirdi. Kilsə təlimi ilə bağlı olmayan biliklərin meydana gəlməsi təsərrüfatın inkişafı ilə bağlı idi. |
XIII yüzillikdə İngiltərədə
yaşamış Oksford Universitetinin
professoru Rocer Bekon biliyin
müşahidə və təcrübənin köməyi
ilə əldə edildiyini bildirirdi.
Rocer Bekonun "Böyük əmək"
əsərini o dövrün ensiklopediyası
adlandırmaq olar.
Qərbi Avropada mədəniyyət sahəsində baş verən böyük irəliləyişlərin səbəblərindən biri də avropalıların xaçlı yürüşləri zamanı Şərq - İslam sivilizasiyası ilə təmasda olmaları və xeyli yeni məlumatlar əldə etmələri idi. Bu yürüşlər başa çatdıqdan sonra da avropalıların Şərq ölkələrinə marağı azalmırdı. XIII yüzillikdə venesiyalı tacir və səyyah Marko Polo Uzaq Şərqə səyahət |
edərək uzun illər Çində yaşamışdır.
Onun Asiya ölkələrindən
bəhs edən əsərləri uzun
müddət avropalıların həmin
ölkələr haqqında təsəvvürünü
müəyyən etməsinə, coğrafiya
xəritələrinin çəkilməsinə zəmin
yaratmışdı.
Bu dövrdə İtaliyada mədəni yüksəliş baş verirdi. Yeni mədəniyyətin nümayəndələrinin diqqətini daha çox insan və onun fəaliyyəti cəlb edirdi. Onları humanistlər adlandırırdılar. Müşahidə və təcrübələr aparan alimlər hadisələri izah etməyə, onların səbəblərini öyrənməyə çalışırdılar. Humanistlər Qədim Yunanıstan və Roma mədəniyyətinə böyük maraq göstərirdilər. Onlar öz əsərlərini |