və filosofu hesab edilən Ömər
Xəyyam Səlcuq hökmdarı Məlikşahın
şərəfinə "Cəlali təqvimi"ni
tərtib etmiş, orada Yerin Günəş
ərafında fırlanması fikrini irəli
sürmüşdü. Burada o, Miladi
təqvimindən daha dəqiq hesablamalar
aparmağa nail olmuşdu.
Astronomiya ilə bağlı tərtib etdiyi
100-dən artıq ulduzun adının verildiyi
"Məlikşah cədvəli" kataloqunun
ancaq müəyyən hissəsi
müasir dövrə gəlib çatmışdır.
Ulduz bürclərinin dövri adının
(siçan, öküz, bəbir, dovşan,
timsah, ilan, at, qoyun, meymun,
toyuq, it, donuz) türk
dilində verilməsi digər türk
astronomu Mahmud Kaşğarinin
adı ilə bağlıdır.
|
Teymuri hökmdarı Uluqbəyin
astronomiyanın inkişafında
xidmətləri daha çox olmuşdur.
O, Səmərqənddə yaratdığı və
hündürlüyü 55 m olan məşhur
rəsədxanada səma cisimlərinin
hərəkətini göstərən cədvəl
düzəldərək Ay və Günəşin
orbitlərini müəyyənləşdirmişdi.
Uluqbəyin adı Ayın xəritəsinə
daxil edilmişdir.
|
Hansı təqvimlər haqqında
məlumatınız var? Təqvimlərin
tərtib olunması hansı
zərurətdən irəli gəlirdi?
|
Coğrafiya elminin İnkişafında
Çin dənizçilərinin rolu
danılmazdır. Çin alimləri
Hindistandan Afrikayadək
|
bütün ölkələri öyrənmiş və
bu barədə qiymətli tədqiqat
əsərləri yazmışdılar. Osmanlı
dövlətinin fəthləri artdıqca
coğrafiyaya dair biliklər də
inkişaf edirdi.
Tibb elminin inkişafına xüsusi
diqqət yetirilirdi. Osmanlı dövlətinin
Ədirnə və Azərbaycanın
Təbriz şəhərlərində "Darüşşəfa"
adlı xəstəxanalar açılmışdı.
Görkəmli Azərbaycan alimi
Fəzlüllah Rəşidəddinin tibbə
aid əsərləri ona böyük şöhrət
qazandırmışdı. İlk "Farmakologiya"
kitabı Çində yazılmış
və müxtəlif müalicə üsulları
müəyyən olunmuşdu. XIII—XIV
yüzilliklərdə Çində barıt və
metal top ixtira edilmişdi.
|