Almaniya kralı I Otto Papanın
müdafiəsi müqabilində 962-cİ
ildə Roma imperatoru elan
edilmişdi. Sonralar bu dövlət
Müqəddəs Roma imperiyası
adlandırıldı. XII yüzillikdə
imperiyanın İtaliyanın şimalını
işğal etmək cəhdi uğursuz
oldu. İtaliyanın şimal şəhərləri
ilə Papanın ittifaqı imperatoru
məğlub etdi.
|
Papa ilə mübarizə Müqəddəs
Roma İmperiyası üçün ağır
nəticələrə səbəb oldu. Almaniyada
mərkəzi hakimiyyət zəiflədi
və müstəqil knyazlıqlara
parçalandı. Müqəddəs Roma
imperatoru Almaniya və İtaliya
üzərində nüfuzunu İtirdi.
Fransa və İngiltərədən fərqli
olaraq Almaniya vəİtaliyada
orta əsrlərdə mərkəzləşdirilmiş
|
dövlət yaranmadı. Həm
Almaniya, həm də İtaliya çoxlu
kiçik, müstəqil dövlətlərdən
ibarət idi. XIX yüzilliyə qədər
bu ölkələrdə siyasi dağınıqlıq
davam etdi.
|
Orta əsrlərin ikinci mərhələsində
Almaniya və
İtaliyada tarixi inkişafın
Fransa və İngiltərədən
fərqli cəhətlərini təhlil edin.
|
|