quyularını zəhərləməklə vəba
xəstəliyini yaymaqda ittiham
etdilər. Bu isə yəhudilərə qarşı
düşmənçiliyin alovlanmasına
səbəb oldu. Yəhudilərə qarşı
ən dəhşətli hücumlar Almaniyada
baş verdi, insan ölümünün
çoxluğunun ağır iqtisadi
nəticələri oldu. Ticarət azaldı
və işçi qıtlığı əməkhaqqının
kəskin artmasına səbəb oldu.
Eyni zamanda, əhalinin sayının
azalması ərzağa tələbatı
azaltdı. Nəticədə qiymətlər
aşağı düşdü. Yaranmış vəziyyət
kəndlilərin təhkimçilikdən azad
edilməsinə də təsir göstərdi.
|
Epidemiyanın hansı sosial-
iqtisadi nəticələri oldu?
Müasir dövrdə epidemiya
insanların həyatına necə
təsir göstərə bilər?
|
Mərkəzləşdirilmiş
dövlətlərin
yaranması
Yüzillik müharibə Fransanı
gücdən salsa da, eyni zamanda
ümumi düşmənə
qarşı fransız xalqının birliyini
inkişaf etdirdi. Kral bu birlik
duyğusundan mərkəzləşdirilmiş
dövlətin yaradılmasında
istifadə etdi.
Kral XI Lüdovikin (1461-1483)
hakimiyyəti dövründə mərkəzləşdirmə
prosesi gücləndi. Yeni
tətbiq edilən illik vergi kral
xəzinəsinin müntəzəm gəlir
mənbəyinə çevrildi.
|
Kral XI Lüdovik
Bu da Fransada kral hakimiyyətinin
güclənməsinə şərait
yaratdı.
Yüzillik müharibə İngiltərənin
tarixi inkişafına da təsirsiz
qalmadı. Müharibə xərcləri və
işçi qüvvəsinin itkisi iqtisadiyyata
mənfi təsir göstərdi. Bu
müharibədən az sonra ölkədə
daxili münaqişə başlandı, iki
feodal qrupu arasında hakimiyyət
uğrunda baş verən bu
hadisə onların bayraqlarındakı
təsvirlərə görə Al qızılgül
və Ağ qızılgül müharibəsi
(1455-1485) adlanırdı.
|
Müharibə nəticəsində
VII Henrix Tüdor qalib gəldi.
Beləliklə, İngiltərədə yeni
sülalə - Tüdorlar hakimiyyətə
gəldi.
VII Henrix kral hakimiyyətini
gücləndirmək üçün tədbirlər
gördü. Feodalların hərbi
dəstələrini ləğv etməklə ara
müharibələrinə son qoydu.
Zadəganlar və orta təbəqə
üzərinə az vergi qoymaqla
onların dəstəyini qazandı.
Məlum olduğu kimi, rekonkista
hərəkatının gedişində
Pireney yarımadasında bir
neçə müstəqil xristian krallığı
yaranmışdı. XV yüzilliyin ikinci
yarısında burada ən güclü
krallıqlardan olan Araqon və
Kastiliya birləşdi. Bu, İspaniyada
mərkəzləşdirilmiş dövlətin
yaranması prosesində
mühüm addım oldu.
1492-ci ildə İspaniyada son
müsəlman dövləti olan Qranada
əmirliyi süqut etdi.
Beləliklə, Pireney yarımadasında
İspaniya və Portuqaliya
krallıqlarının hakimiyyəti
quruldu. Bundan sonra burada
yaşayan müsəlmanlara və
yəhudilərə qarşı cəza tədbirləri
həyata keçirdilər.
|