1429-cu ildə fransız kəndli qızı Janna d'Ark qorxaq kralı xilas etdi. O, Fransız ordularında qələbəyə inam yaratdı. Janna d'Arkın başçılığı ilə fransız ordusu müharibədə dönüş yaratdı. Lakin o, 1430-cu ildə əsir alınaraq cadugərlik ittihamı ilə ingilislər tərəfindən ölümə məhkum edildi. 1453-cü ildə Yüzillik müharibə Fransanın qələbəsi ilə başa çatdı. Fransanın qalib gəlməsində kral tərəfindən daimi qoşunun yaradılması və yeni silah olan toplardan istifadə də mühüm |
rol oynadı. Yüzillik müharibə
döyüş üsullarında mühüm
dönüş nöqtəsi oldu. Toplardan
istifadə edilməyə başlanması
cəngavər süvari qoşunlarının
tədricən əhəmiyyətini itirməsinə
təsir göstərdi.
"Qara ölüm”
XIV yüzillikdə "Qara ölüm" adlanan vəba epidemiyası Avropanın əhalisini xeyli azaltdı. Bu isə orta əsrlərin sonlarında |
əhəmiyyətli iqtisadi və sosial dəyişikliklərə səbəb oldu. Qara siçovullar tərəfindən yayılan "Qara ölüm" Avropa tarixindəki ən dağıdıcı təbii fəlakət idi. Ticarət əlaqələri bu epidemiyanın yayılmasına şərait yaratdı. Avropa əhalisinin yarıdan çoxu vəbadan öldü. O dövrdə insanlar vəbanın nədən qaynaqlandığını bilmirdilər. Çoxları bunun Tanrı tərəfindən günahlarının cəzası olaraq göndərildiyinə, ya da şeytan tərəfindən törədildiyinə inanırdı. Bəziləri isə yəhudiləri su |