IV Filippin (1285-1314) hakimiyyəti
dövründə Fransada kral
hakimiyyəti daha da gücləndi.
IV Filippin kilsə torpaqlarından
vergilər almağa başlaması
Roma papası ilə münaqişəyə
səbəb oldu. O, ölkənin bütün
təbəqələrinin dəstəyini qazanmaq
üçün 1302-ci ildə Baş
ştatlar adlanan məclis çağırdı.
Nəticədə Papaya qarşı mübarizədə
IV Filipp qalib gəldi.
|
XIII yüzilliyin əvvəllərində
İngiltərə kralı hələ də Fransada
kiçik bir mülkə sahib idi.
1337-ci ildə Fransa kralının bu
ərazini ələ keçirməsi İngiltərə
ilə müharibəyə səbəb oldu.
Beləliklə, İngiltərə ilə Fransa
arasında 1453-cü ilə qədər davam
edən Yüzillik müharibə
başlandı. Müharibəyə bəhanə
İngiltərə kralının Fransa taxtına
iddiası oldu.
|
təbəqələrə məxsus piyada əsgərlərə
nifrətlə baxırdılar. İngilislər
ağır silahlanmış süvarilərdən
istifadə etsələr də, onlar
daha çox kəndlilərdən ibarət
piyada qoşuna güvənirdilər.
Onlar nizələrlə yanaşı, həm də
uzun yaya malik oxlarla silahlanmışdılar.
Belə yaylarla oxu
sürətlə daha uzun məsafəyə
atmaq mümkün idi.
|