XIII yüzilliyin əvvəllərində Fransa
ilə aparılan müharibələr böyük
vəsait tələb edirdi. Ona görə
də kral tez-tez feodallardan,
kilsədən və əhalinin digər
təbəqələrindən alınan vergiləri
artırırdı. Kilsə işlərinə qarışması
kral ilə Roma papası arasında
münaqişəyə səbəb oldu. Papa
kralın taxt-tacdan məhrum edilməsi
haqqında fərman verdi.
Təbəələrinin ona qarşı üsyana
qalxacağından ehtiyat edən kral
|
idi. Şəhərlərin mövcud azadlıqları
təsdiq edildi. Lakin kral bu
sənəddə təsbit edilən hüquqlara
əməl etmədi və üsyançılara
qarşı müharibəyə başladı.
Kral və üsyançılar arasında
münaqişə uzun müddət davam
etdi. Bu münaqişənin gedişində
1265-ci ildə İngiltərə tarixində ilk
dəfə olaraq iri feodallar, ali ruhanilər,
cəngavər və şəhərlərin
nümayəndələrinin təmsil olunduğu
|
parlament çağırıldı. Kral
vergiləri parlamentlə razılaşdırdıqdan
sonra təyin edə bilirdi.
XIV yüzillikdə parlament vergi
təyin etmək hüququ ilə yanaşı,
qanunların verilməsində də
iştirak etmək hüququ qazandı
|
Böyük azadlıqlar xartiyası
və parlament kral hakimiyyətini
məhdudlaşdırdımı?
Fikirlərinizi əsaslandırın.
|
|