Cilalı Daş
dövrü Cilalı Daş dövrü və ya Neolit dövrü e.ə.VIII minilliyin sonlarından minilliyin ortalarına - e.ə.VI qədər davam etmişdir. Bu dövrdə insanlar daşları cilalamağı və deşməyi öyrəndilər. |
həyata keçdi. Əkinçiliklə məşğul
olan insanlar torpağı toxa ilə yumşaltdıqları üçün belə əkinçilik toxa əkinçiliyi adlanır. Əkinçiliklə bağlı yeni alətlər: müxtəlif maddələri əzmək üçün həvəngdəstə, taxılı əzmək üçün dən daşı, biçin zamanı istifadə edilən və sümükdən hazırlanmış oraq meydana gəldi. İlk əkinçilik məskənləri Ön Asiya ərazisində meydana gəlmişdir. Türkiyə ərazisində yerləşən və Neolit dövrünə aid olunan Çatalhöyük yaşayış yeri dünyanın ən qədim əkinçilik məskənlərindən biri hesab olunur. Onlar dənli bitkilər yetişdirir və çoxlu |
sayda mal-qara saxlayırdılar.
Saxsı qabların hazırlanması
(dulusçuluq) və toxuculuğun
meydana gəlməsi bu dövr
insanlarının ən böyük nailiyyətləri
idi. Gildən hazırlanmış saxsı
qablar sonra dulus kürələrində
bişirilirdi. Toxuculuqda yun və
bitki liflərindən istifadə edilirdi.
Bütün bunlar ibtidai icma
cəmiyyətinin həyatında baş
vermiş əsil inqilabi dəyişikliklər
hesab olunduğundan "Neolit
inqilabı" adlandırılır.
|