- Alkanların dehidrogenləşməsi. Yüksək temperaturda katalizatorlar iştirakında alkan
molekulundan iki hidrogen molekulu ayrılır və alkadien alınır.
Məsələn, butadien-1,3-ün alınmasının ən geniş yayılmış üsullarından biri n-butanın iki
mərhələdə katalitik dehidrogenləşməsidir. Bu zaman əvvəlcə alkenlər qarışığı (buten-1 və
buten-2 qarışığı) alınır, sonra isə alkenlərin növbəti dehidrogenləşməsindən butadien-1,3
alınır.
Bu reaksiyanın yekun tənliyini aşağıdakı kimi göstərmək olar:
2-metilbutanın dehidrogenləşməsindən alkadienlərin homoloji sırasının digər vacib nümayəndəsi
olan izopren alınır.
İzoprenin 2-metilbutandan alınması reaksiyasının mərhələlərini tərtib edin. Reaksiya
zamanı aralıq maddə kimi hansı alkenlər alınar?
Laboratoriyada alkadienlər, əsasən, aşağıdakı reaksiyalar ilə alınır:
-
Alkanların dihalogenll törəmələrinin qələvinin spirtdə məhlulu ilə qızdırılmasından
(dehidrohalogenləşmə). Bu zaman elə halogenli birləşmə götürmək lazımdır ki, molekuldakı
halogen atomları eyni və qonşu karbon atomunda olmasın. Məsələn,
1,4-dibrombutanın KOH-ın spirtdə məhlulu ilə qızdırılmasından divinil alınır. Alkenlərin
alınmasından fərqli olaraq, bu reaksiyada bir mol dihalogenalkana 2 mol qələvi ilə təsir
edilir. Bu zaman alkanların dihalogenli törəməsinin molekulundan iki hidrogen və iki
halogen atomu ayrılır və molekulda iki π-rabitə əmələ gəlir.
Reaksiyanı sxematik olaraq aşağıdakı kimi göstərmək olar: