Alkadienlərin alınması və fiziki
xassələri
3
Siz spirtlərin dehidratlaşma və alkanların dehidrogenləşmə reaksiyaları ilə tanış
olmuşsunuz. Məsələn, dehidrogenləşmə reaksiyası ilə etandan, dehidratlaşma
reaksiyası ilə etil spirtindən etilen alınır.
Etil spirtinin ham dehidrogenləşmə, həm də dehidratlaşma reaksiyasından hansı məhsul
alınar?
Bu reaksiyanın tənliyini necə təklif edərsiniz?
Aşağıdakı dehidrogenləşmə və dehidrohalogenləşmə reaksiyalarından hansı üzvi maddə
alınır?
Bu maddəni hansı spirtin dehidratlaşmasından almaq olar?
Alınması
Alkenlər kimi, alkadienlər də sənayedə və laboratoriyada, əsasən, alkanların dehidrogenləşməsi,
alkanların halogenli törəmələrinin dehidrohalogenləşməsi, spirtlərin dehidratlaşması
reaksiyaları əsasında alınır.
Sənayedə alkadienlər aşağıdakı üsullarla alınır:
- Neft məhsullarının pirolizi. Bu zaman alkadienlər əlavə məhsul kimi alınır.
- Lebedev üsulu. Akademik S.V.Lebedev etil spirti buxarlarını qızdırılmış katalizatorlar
üzərindən keçirərək butadien-1,3 almışdır. Reaksiya tənliyini ümumi şəkildə aşağıdakı
kimi göstərmək olar:
Reaksiya tənliyindən göründüyü kimi, reaksiyadan butadien-1,3-dən başqa, su və
hidrogen alınır. Yəni reaksiya zamanı dehidrogenləşmə və dehidratlaşma prosesi
baş verir.