C5H8 formullu alkadienlər üçün də analoji sxem tərtib edin.
Nə üçün alkadienlərin izomerliyini alkenlər ilə müqayisə etdik?
Alkadienlərdə hansı izomerliklər mümkündür?
Alkenlərdə olduğu kimi, alkadienlərdə də karbon zəncirinə və ikiqat rabitənin vəziyyətinə
görə quruluş İzomerliyİ, siniflərarası izomerlik, həmçinin həndəsi İzomerlik mümkündür.
Karbon zəncirinə və ikiqat rabitənin vəziyyətinə görə quruluş İzomerliyi
C3H4 formullu yalnız bir alkadien mümkündür. İkiqat rabitənin vəziyyətinə görə quruluş
İzomerliyİ molekulunda dörd karbon atomu olan nümayəndədən (C4H6) başlayır.
Karbon zəncirinə görə quruluş İzomerliyİ isə alkadienlərin molekulunda beş karbon atomu
olan nümayəndəsindən (C5H8) başlayır.
Nə üçün molekulunda 4 karbon atomu olan alkendə karbon zəncirinə görə quruluş İzomerliyİ
olduğu halda, eyni sayda karbon atomu olan alkadiendə bu izomerlikyoxdur?
Siniflərarası izomerlik
Alkadienlərlə alkinlərin ümumi formulu eyni olduğundan molekulunda eyni sayda karbon
atomu olan alkadien və alkin bir-birinin siniflərarası izomeridir. Siniflərarası izomerlik homoloji
sıranın ilk nümayəndəsindən - propadiendən başlayır.
Həndəsi (sis-trans) izomerlik
Propadien, divini! və izoprenin sis- və trans-izomerləri mövcuddurmu?
Həndəsi izomerliyin olması üçün alkadien molekulunda minimum neçə karbon atomu
olmalıdır?