Eyni funksional qrupların olmasına baxmayaraq, bu maddələr fərqli xassələr göstərir. Etil spirtinin suda məhlulunda lakmusun rəngi dəyişmədiyi halda (neytral mühit), sirkə turşusunun məhlulu lakmusu qızardır (turş mühit). Bunun səbəbi molekulda atomların bir-birinə fərqli təsir etməsi ilə əlaqədardır.
Üzvi birləşmələrin təsnifatı. Üzvi birləşmələr bir neçə xüsusiyyətlərə görə təsnif edilir. Üzvi birləşmələri təsnif edərkən, ilk növbədə, molekulun karbon zəncirinin xüsusiyyətləri nəzərə alınır. Karbon zəncirinin quruluşuna görə açıq zəncirli (alifatik) və qapalı zəncirli (tsiklik) birləşmələr fərqləndirilir. Tərkibinə görə ən sadə üzvi birləşmələr karbohidrogenlərdir. Alifatik karbohidrogenlər doymuş və doymamış karbohidrogenlərə, tsiklik karbohidrogenlər isə alitsiklik və aromatik karbohidrogenlərə ayrılır. Doymuş karbohidrogenlərdə yalnız birqat C-C, doymamış karbohidrogenlərdə isə ikiqat C=C və ya üçqat O=C rabitələri mövcuddur.
Karbohidrogenlər | Sinfin adı və ümumi formulu | Misal |
Alifatik karbohidrogenlər |
Alkanlar (doymuş karbohidrogenlər) CnH2n+2 |
CH3 - CH3 |
Alkenlər (doymamış karbohidrogenlər) CnH2n |
CH2 = CH |
|
Alkinlər (doymamış karbohidrogenlər) CnH2n-2 |
CH = CH |
|
Alkadienlər (doymamış karbohidrogenlər) CnH2n-2 |
CH2 = CH - CH = CH2 |
|
Tsiklik karbohidrogenlər |
Alitsiklik karbohidrogenlər CnH2n |
tsiklopropan
|
Aromatik karbohidrogenlər |
benzol
|
Karbon atomuna hidrogendən başqa, digər atom və ya atomlar qrupu birləşmiş çoxlu sayda üzvi birləşmələr mövcuddur. Bu cür birləşmələr funksional qruplu üzvi birləşmələr adlanır.
Funksional qrup - üzvi birləşmələrin xarakterik kimyəvi xassələrini və onların müəyyən sinfə mənsub olduğunu əks etdirən atom və ya atomlar qrupudur.