Hansı məhluldan istifadə etməklə etan
və etilen qarışığından etanı ayırmaq olar?
1. bromlu su
2. kalium-hidroksidin spirtdə məhlulu
3. kalium-permanqanatın suda məhlulu
A) yalnız 1
D) 1, 2
B) yalnız 2
E) 1, 3
C) yalnız 3
Etilenin etana hidrogenləşməsi zamanı
karbon atomlarının hibrid halı və molekulda
olan rabitələrin ümumi sayı necə dəyişir?
Nə üçün eyni həcmli qarışığın yanması
zamanı II halda I hala nisbətən alovun parlaqlığı
azaldı?
Eyni kütlədə götürülmüş hansı birləşmə
özünə daha çox miqdarda brom birləşdirər?
Səbəbini izah edin.
Etan və etilendən ibarət 89,6 I (n.ş.) qaz
qarışığını artıq miqdar duru KMnO4 məhlulundan
keçirdikdə 62 q etilenqlikol alınmışdır.
İlkin qarışıqda etanın həcm payını
(%) hesablayın.
A) 50 B) 75 C) 85 D) 25 E) 40
Etilen istixanalarda meyvələrin yetişdirilməsini
sürətləndirmək üçün istifadə
olunduqda onun havada həcm payının 1%
olması kifayət edir. Həcmi 448 m3 olan istixanada
bu normanı təmin etmək üçün
neçə litr etilen lazımdır?
Sxemi reaksiyalara ayırın, reaksiyaların
tənliklərini tərtib edin və X, Y və Z maddələrini
müəyyən edin.
Verilmiş ifadələri sxem üzrə ayırın.
1. Birləşmə reaksiyasına daxil olur.
2. Adi şəraitdə qaz halındadır.
3. Butanın krekinqindən alınır.
4. Xlorla əvəzetmə reaksiyasına daxil olur.
5. Hidrogenlə reaksiyaya daxil olur.
3-metilpenten-1-dən 3-metilpenten-2-nin
alınması üçün üsul təklif edin.
Hansı alkenlərdə suyun birləşməsi Markovnikov
qaydası üzrə baş vermir?
Triflüorpropenə (CH2= CH - CF3) hidrogen-
bromidin birləşməsi Markovnikov
qaydasının əksinə baş verir. Reaksiya
tənliyini yazın və bunun səbəbini izah
edin.
1. Plastilin və kibrit çöplərindən istifadə etməklə etilenin hidrogen-bromid ilə reaksiyasını
modelləşdirin və molekulun fəza quruluşunun dəyişdiyini göstərin.
2. Polietilen və polipropilenin tətbiqinə aid təqdimat hazırlayın.