Polietilenin elementar halqalarında 6000 hidrogen atomu olarsa, onun polimerləşmə
dərəcəsini hesablayın.
HƏLLİ
Polietilenin formulunu yazaq: (— CH2 — CH2 —)n.
Bir elementar halqasında 4 hidrogen atomu olduğundan polimerin elementar halqalarında
hidrogen atomlarının sayı polimerləşmə dərəcəsinin dörd mislinə bərabərdir.
Onda, 4n = 6000; n = 1500
Polipropilenin orta nisbi molekul kütləsi 84000 olarsa, elementar halqalarında olan
hidrogen atomlarının sayını hesablayın.
Digər alkenlər də oxşar qaydada polimerləşir. Məsələn, propilenin polimerləşməsindən
polipropilen alınır:
Etilenin və propilenin polimerləşməsi zamanı karbon atomlarının hibrid halı və molekulda
olan karbon atomlarının növü (birli, ikili və s.) necə dəyişir?
Polietilen və polipropilen məişətdə istifadə olunan qabların (1), polietilen torbaların (2),
boru və şlanqların (3), tibbi ləvazimatların (4), yapışdırma lentlərinin, müxtəlif detalların (5)
və s. hazırlanmasında istifadə olunur.
Etilen bəzi meyvələrin yetişməsini sürətləndirir. Uzaq məsafələrə meyvələrin daşınması
zamanı məhsulun xarab olmaması üçün onu tam yetişməmiş yığırlar. Daşınma zamanı
məhsulun olduğu qapalı mühitin havasına az miqdarda etilen əlavə edilir. Nəticədə məhsul
lazımi ünvana çatana qədər yolda yetişir və xarab olmur.