Bu prosesi sadə şəkildə ifadə etmək üçün oksidləşdirici maddəni [0] ilə işarə etsək, reaksiyanı
sxematik olaraq aşağıdakı kimi göstərmək olar:
Polimerləşmə reaksiyaları
Alkenlərin molekulları bir-biri ilə birləşərək böyük karbon zənciri əmələ gətirə bilir. Bunu
halqaları bir-birinə keçirməklə böyük zəncirlərin alınmasına bənzətmək olar.
Bu reaksiyanın baş verməsinə səbəb alkenlərin molekulunda zr-rabitənin olmasıdır. Bu zaman
çoxlu sayda alken molekulları π-rabitələrin qırılması hesabına bir-biri ilə birləşərək
makromolekullar (polimer) əmələ gətirir. Bu reaksiyalar polimerləşmə reaksiyaları adlanır.
Polimerləşmə çox sayda kiçik molekul kütləli molekulların bir-biri ilə birləşərək irimolekullu
birləşmə əmələ gətirməsi reaksiyasıdır. Əmələ gələn irimolekullu birləşmə (makromolekul)
polimer, onu əmələ gətirən kiçik molekullu birləşmə isə monomer adlanır. Polimer makromolekulunda
dəfələrlə təkrarlanan monomer qalığı isə quruluş vahidi və ya elementar
halqa adlanır.
Etilenin polimerləşmə reaksiyasını aşağıdakı kimi təsəvvür etmək olar:
Etilenin polimerləşmə məhsulu polietilen adlanır. Etilenin polimerləşməsini qısa şəkildə
aşağıdakı kimi göstərmək olar: