d. Alkenlərin su ilə reaksiyası turş mühitdə (H2SO4 iştirakında) gedir. Bu
reaksiyalar hidratlaşma
reaksiyaları adlanır. Etilenin su ilə reaksiyası zamanı etil spirti alınır.
Propen, buten-1 və buten-2 alken larinin hansılarının hidratlaşma
reaksiyasından iki müxtəlif
məhsul alına bilər?
Sizcə, bu zaman alınan məhsullardan hansı əsas məhsuldur?
Baş verən reaksiyanın mexanizmini necə təklif edərsiniz?
Yanma və oksidləşmə reaksiyaları
Alkenlər oksigen iştirakında tam yanaraq CO2 və H2O əmələ gətirir. Bu reaksiyanın ümumi
tənliyini aşağıdakı kimi göstərmək olar:
Etandan fərqli olaraq, etilen parlaq alovla yanır. Buna səbəb etilen molekulunda karbonun
kütlə payının çox olmasıdır. Yanma zamanı yüksək temperatur əmələ gəlir. Bu temperaturda
etilenin parçalanmasından alınan karbon dərhal yanmır. Əvvəlcə onun hissəcikləri
közərərək alovu işıqlandırır, yəni ona parlaqlıq verir. Sonra isə alovun xarici hissəsində tam
yanır.
Etilenin gümüş katalizatoru iştirakında oksigen ilə qarşılıqlı təsirindən etilen-oksid əmələ
gəlir.
Alkanlardan fərqli olaraq, alkenlər oksidləşdirici maddələrin məhlulları ilə asanlıqla oksidləşir.
Məsələn, alkenlərə adi şəraitdə KMnO4 məhlulu ilə təsir etdikdə məhlulun bənövşəyi
rəngi dərhal itir və qəhvəyi rəngli MnO2 çöküntüsü alınır. Bu reaksiya alkenlərin (həmçinin
digər doymamış karbohidrogenlərin) təyini reaksiyasıdır. Reaksiya nəticəsində alken
ikiatomlu spirtə çevrilir. Oksidləşmə zamanı alken molekulundakı π-rabitə qırılır və ikiqat
rabitəli karbon atomlarının hər birinə bir OH qrupu birləşir. Məsələn, etilenin duru KMnO4
məhlulu ilə oksidləşmə reaksiyasının tənliyi aşağıda verilmişdir: