Reaktivlər və avadanlıq: etil spirti, qatı sulfat
turşusu,
kalium-permanqanat məhlulu, bromlu su,
qazaparan boru ilə təchiz edilmiş tıxac, sınaq
şüşələri, ştativ, spirt lampası
İşin gedişi: sınaq şüşəsinə 2-3 ml etil spirti və 7-8 ml
qatı sulfat turşusu əlavə edin. Sınaq şüşəsinin ağzına
qazaparan boru ilə təchiz edilmiş tıxac taxın
və onu ştativə bərkidin. Spirt lampasının alovu ilə
sınaq şüşəsini ehtiyatla qızdırın. Qazaparan borunun
digər ucunu növbə ilə içərisində bromlu su və kalium-permanqanat məhlulu olan
sınaq şüşəsinə daxil edin. Sonra isə qazaparan borunun ucuna yanar çöp yaxınlaşdırın.